Elnarə Xəlilova - Aman mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Aman mahnı sözləri lyrics]

Gəlməyin üstümə, yaralı biriyəm
Bir divar önündə yıxılan kimiyəm
Öz evim, öz obam nə girdi araya?
Nə zaman baxar oldu uzaqdan uzağa?

Ah, bir o yan, ah bir bu yan
Deşməyin yaramı aman!
Ah Qarabağ, inləyən torpaq
Bölməyin vətəni aman!

Uzaq torpaqlar mənim öz yerimdir
Açmayan o çiçək xarı bülbülündür
Zəngəzur, İrəvan gözü yolda qalıb
O gözəl cənnətdə indi od qalanıb

Ah bir o yan, ah bir bu yan
Deşməyin yaramı aman!
Ah Qarabağ, inləyən torpaq
Bölməyin vətəni aman!

Yanır ciyərim yanır dağlayır evdə analar
Oyan, şəhidim, oyan oyan, nə olar
Gözləyənin var

Yanır ciyərim yanır dağlayır evdə analar
Oyan, şəhidim, oyan oyan, nə olar
Gözləyənin var

Ah nə zaman ah nə yaman
Tutulduq bu qışa, aman? Ah gün gələr
Biz bir səhər çıxarıq bahara, aman!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio