Elnarə Xəlilova - Ananın Səsi mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Ananın Səsi mahnı sözləri lyrics]

Ana qəlbim odlanır söz düşəndə davadan
Ana qəlbim odlanır söz düşəndə davadan
Bəs deyilmi, ey insanlar, töküldü qan
Axdı qan?
Bəs deyilmi, ana torpaq su içdi göz yaşından?

Yer üzündə dostu olsun gərək insan insanın
Yer üzündə dostu olsun gərək insan insanın
Ah
Mən anayam, bu səsimdə yerin, göyün dərdi var
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar
Mən anayam, bu səsimdə yerin, göyün ahı var
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar

Silahları yandırın, ərşə qalxsın tüstüsü
Silahları yandırın, ərşə qalxsın tüstüsü
Hər bir eldə, hər obada qanad açsın sülh sözü
Üzü gülsün insanların, bayram etsin yer üzü

Yer üzündə dostu olsun gərək insan insanın
Yer üzündə dostu olsun gərək insan insanın
Ah
Mən anayam, bu səsimdə yerin, göyün dərdi var
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar

Mən anayam, bu səsimdə yerin, göyün ahı var
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio