Elnarə Xəlilova - Naz Edərəm mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Naz Edərəm mahnı sözləri lyrics]

Məni oda salma
Çünki ürəyimin qapısı hamıya açıqdır
Bir də yada salma, elə
Bilmə bu sözlərim həqiqət yox, acıqdır
Sevgi bir adadır, orda ay gecənin
Gün səhərin çırağı olar
Küsməksə ədadır, bulud göydən ayrılarsa
Yerin qonağı olar yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb barışan yar olaram
Yar olaram!

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

Araya söz qatma
Indi yüz cür dona girəcəksən bunu bilirəm
Mənə yalan satma, mənim özümdə az yoxdur
Yenə səni sevirəm
Araya söz qatma, indi yüzcür dona girəcəksən
Bunu bilirəm
Mənə yalan satma, mənim özümdə az yoxdur
Yenə səni sevirəm yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb barışan yar olaram
Yar olaram!

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

Yuxuna qarışıb var olaram
Səninlə küsə-küsə barışan yar olaram
Yuxuna qarışıb var olaram
Səninlə hər an küsüb barışan yar olaram
Yar olaram

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini, yanıqlı saz edərəm

Naz edərəm, naz edərəm
Sənin ürəyini yandırıb köz edərəm
Naz edərəm, naz edərəm
Sənin ürəyini yanıqlı saz edərəm
Belə naz edərəm!

Naz edərəm, naz edərəm
Naz edərəm, naz edərəm naz edərəm!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio