Elnarə Xəlilova - O Qədər Sevirəm mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - O Qədər Sevirəm mahnı sözləri lyrics]

O qədər, o qədər sevirəm səni
Sevirəm deməkdən doymayır ürək
Ən ülvi hisslərlə yaşayıram mən
Həm xoşbəxt olmuşam,  həm də ürkək
Ən ülvi hisslərlə yaşayıram mən
Həm xoşbəxt olmuşam, həm də ürkək

Görəsən sən nələr duyursan indi?
Yuxun şirinmidir, səhərin aydın
Ax, bu gün ötəydi, axşam çağında
Görüş yerimizə tez qayıdaydıq
Ax, bu gün ötəydi, axşam çağında
Görüş yerimizə tez qayıdaydıq

Nə yaxşı rastlaşdıq, şükür Allaha
Bəlkə görməyəydik bir-birimizi
O qədər sevirəm, sevirəm səni
İlahi sən qoru bu eşqimizi
O qədər sevirəm, sevirəm səni
İlahi sən qoru bu eşqimizi

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio