Elnarə Xəlilova - Yuxu mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Yuxu mahnı sözləri lyrics]

(Yenə yuxudasan)
Yenə mələk kimi gəlirsən, gülüm
(Yenə yuxudasan)
Axar göz yaşımı silirsən, gülüm
Baxırsan, küsgünsən
Baxırsan, küsgünsən, qəmginsən hədər

Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

Eşqimi, sevgimi yellər apardı
(Yenə yuxudasan)
Qəfil gələn boran, sellər apardı
Sənli aylar, illər, günlər nə tez qurtardı
Təkcə yuxulara gəlirsən, gülüm

Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

Gözümü açıram, soyuq divarlar
Heçnədən qızınmır, isinmir indi
Yumdum gözlərimi gördüm yenidən, yenidən

Yuxu rəngbərəngdir, yuxu şirindir
Yuxumu sevirəm çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin
Çünki əlimə toxunur saçların
Dəyir əllərin sənin

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio