PRoMete - 14 mahnı sözləri (lyrics)

[PRoMete - 14 mahnı sözləri lyrics]

Biz nəyin axtarışındayıq görən?
Bu illər nə öyrədir və ya nələr alır bizdən?
Uşaqlıq oyunlarımız oyunlardan reala dönür
İndi həyat məcbur edir
 deşik axtar qaç-gizlən!
Nə qalacaq bizdən? Nə? İzlər?!

Ya da özünə qapanıb içini
Boşalda bilməyən sözlər?
Mən 11 ildir qələmə dostam
Və 11 ildir boşdur poçtam
Yazıram, cavab gəlmir mən axtarışdayam
Hər qarışda onu tapacağımdan əmin idim

Amma yaş keçdikcə ümidim itir
Labirintlərin ortasındayam
Sözüm iti gündən-günə faydası nə?
Öyrədin qaydasını
Bəlkə həyat adlanan komediyada mən
Də rol aldım

Alo, Mete hardasan axı, sən?
Nə vaxta kimi qaçacaqsan?

Qaçacam özümdən də
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm ya da çəkmişəm
Sonra silmişəm

Siz həyatı ciddiyə aldıqca mən oyun bilmişəm
İkiləşmişəm bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm

İllərin qazandırdığı qırışlardır
Başqa heç nə! Olmur bu zolağları
Qırışlarsız keçmək
Hər dəfə çətinliyə düşdükcə
Fikirləşirsən köçmək
Amma nə dəyişəcək ki, bu köçlə?
Qaça biləcəksənmi əsas köçdən?

Həyat çapar, biz köhlən
Gündən günə köhnəl və köhnəl
Qədir ağacının meyvəsini yeyir kimlər ki
Sən də ümid edirsən yenə nə yığışmısan
Sən yenə hara gedirsən?

Qaçacam özümdən də
Gizlənəcəm o ağacın kolgəsində
O ağacı özüm əkmişəm ya da çəkmişəm
Sonra silmişəm

Siz həyatı ciddiyə aldıqca mən oyun bilmişəm
İkiləşmişəm bir tərəfim bağçaya gedəndə
Bir tərəfim gedib işə
Mən ən çox özümə gülmüşəm

Bizim həyatımıza ən çox təsir
Edən iki şey var
Ya olmalı hadisələrin olmaması
Ya da olmamalı hadisələrin olması

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio