PRoMete, Qaraqan - 2012 mahnı sözləri (lyrics)

[PRoMete, Qaraqan - 2012 mahnı sözləri lyrics]

Sonda hər şey öz qutusuna qayıdacaq

Nə qələm olmur kömək, nə ağappaq vərəqlər
Bir ağırlıq varsa ürəkdə
Küləklər aparsın külünü i̇stəyirsən yanasan
Hərdən fikirləşirəm ki, yuxudayam

Bütün bu ağırlıq düşəcək çiyindən
Nə vaxt ki, oyanacam
Amma haçanacan davam edəcəyini bilmirəm
Mən əhatə dairəsindən kanarda
Sən isə Bermudumsan
Ümidlər sonuncu ölür, sən son ümidimsən!
Amma yoxsan yanımda varsan içimdə

Hər addımımda gözümün önündə
Nəsə səni xatırladır zəng edirəm
Ya uzun-uzun çağırır ya da nömrən qapalıdır
(biraz sonra zəng edin)

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İçimiz daş bazarı, ya da ürək məzarı
Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı
Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa
Bu sonsuzluğun sonu bizi görən hara aparır?!

İşlərimiz artır-artır, azalır sevginin vaxtı
Ünsiyyət iki sözlük: "Necəsən?"
Cavab: "Yaxşı"
Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı
İnkubator insanlarının olmur qardaşı

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir iynələr və sistemlər
Məhv olunan sevgilərdir, insanların hirsindən
İndi kömək eləmir magiyalar, ya da dinlər
Dünyanı qurtarmaqçün bu qapqara tilsimdən

Sadə şeylər məntiq üçün fantastikdir
Texnikalar üstələyir insan ağlın
Kim yazır görəsən bu əsəri?
Sonunu görmək maraqlı olardı bu nağılın

Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı
İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq
Satılır hətta enerji də
Indi hər şeyin öz qiyməti
Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

İndi kömək eləmir bizə qanadlar
Yerimiz uçurumların kənarı
Guya qaça-qaça biz xəzandan
Uzaq saldıq özümüzdən baharı

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio