PRoMete - Sual mahnı sözləri (lyrics)

[PRoMete - Sual mahnı sözləri lyrics]

Neçə ildir hər səhər yuxudan oyananda
Beynimdə sancıya bənzər suallar dolaşır
Cavabları tapmaq üçün çalışmaq mənasızdır
Bu sualların cavabı bəlkə də yoxdur

Məni mənə göstərəndə birinci dəfə güzgü
Çox qorxmuşdum "Bu mənmiyəm?" – anlamamışdım
"Qəribədir niyə bu belədir?" – sormuşdum

Yormuşdum, bəlkə buna görə bezib
"Unudulacaq bu!" – demişdilər mənə
Amma illər keçir, mənsə güzgüdə hər dəfə
Başqa bir mən görməyə öyrəşirdim

Unutmaq əvəzinə… hmmm… İçimdə
Hisslər isinirdi
Mənliyimi deyilən kimi soyutmaq əvəzinə
Və bir gün satış öyrəndim və
Bir gün alış öyrəndim

Dedim özüm-özümə - alış! Öyrəndim!
Mən əvəzinə mən almaq öyrəndim
Mən əvəzinə mən satmaq öyrəndim

Əvvəl iməkləməyi öyrəndiyim bu yollarda
Özümü tək qoyub, qaçmaq öyrəndim
Və bir gün sən gəldin, qanad oldun
Mən uçmaq öyrəndim

Sən mənə çox öyrətdin
Mən səndən çox öyrəndim
Sətirlərin üzərində diyircəklə
Rəqs eləmək nə gözəlmiş?!

İşə bax bir, güzgüdə özümü tanıdım
Üzüm də gözəlmiş uçarkən yerə baxdım, gördüm
"Göydən yer üstü nə gözəlmiş!?" deyəcəkdim

Gözləmədən və birdən sən getdin
Qanadlarsız qaldım diyirləndim diyirləndim

Şüuraltından şüur üstünə gələn qonağımsan
Səni dərk etmək, görmək qədər mümkünsüz
Məni anlaya bilsən, yalnız sən anlarsan
Bəlkə, zamanı da danacaq beynim

Bəlkə də, bədəni də buraxacaq
Bu ruhum səni görə bilmək
Üçün nələr etməzdi?!
Amma nəfsim əksimə işləyən iti xəncər
Kəs doğra, ruh parçalarımı gəl
Bir yerə topla

Doğram doğram… könül istər yenidən doğulam
Ana bətnindən çıxan anda sevinc yox
Qəm bəxş edə hər kəsə ölü cismim
Bəlkə onda sənə qovuşan yollar
Üzümə açıla bir-bir

Üsyan bu ruhda hakim məni bağışla!
Bunu tək sən bacarırsan, çünki
Sənə yalvarmaqdan başqa, səni tərifdən başqa
Nə dəyərim var ki, sanki?!

Bunu mənə oyrədən də sənsən
Ala da bilərsən əgər istərsən
Mənə əvvəl özünü dərk et buyurmusan
Amma məni düşündürən bir neçə sual var

Səndən niyə qorxuram? Sənə niyə qayıdacam?
Məni niyə yaratmısan? Mən kiməm?
Bəs sən kimsən?

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio