PRoMete, Sabina Babayeva - Biləcəridən O Tərəfə (Bonjour Glamour) mahnı sözləri (lyrics)

[PRoMete, Sabina Babayeva - Biləcəridən O Tərəfə Bonjour Glamour mahnı sözləri lyrics]

Açıb gözünu şəhərə çıxıb baxsan
Görərsən bu gedişat aparmır bizi yaxşıya
Dünən səninlə çox yaxın olan adamlar
Səni satıblar bir aylıq işin maaşına

Çünki ayın axırına az qalıb
Pul vermək lazımdır kreditçün maşına
Bu oxşayır uzaqdan at yarışına
Hamı göstərir özünü dostuna tanışına

Bax mən burda dincəlirdim yayda
Arxadakı kateri görürsən? (ayda)
O bilirsən kimindir?
Filankəsin oğlu filankəsindir

Ya da nə bilim, dabanı uzun xanımlar
Özünü elə apara bilər yanında ki
Ağlın çıxa bilər başından
Fikirlərin dəyişər qlamur haqqında

Bonjour glamour hər yerdə
Keçə bilmir Biləcəridən bonjour glamour
Dönübdür dəbə rəngarəng həyat
Dönüb bir dərdə

Bakının havası küləklidir
Tez-tez dəyişir məcralar
Bəlkə ona görə doludur macəralar
Bir vaxt bu şəhərin çayxana idi sağı-solu
İndi çayxanaların əvəzi "lounge" olub

Əgər cib pul doludursa
Yolu bura sala bilir hər kəs
Hər kəs bir-birinin sözünü brendlərlə kəsir
IQ-yə etmir təsir

Gucci, Armani, Galliano, Versace
Rolex, Swarovski, Majorica, Richi
Montblanc, Cavalli, Рублевкa, Chanel
Hermès, Valentino, Balmain, Куршавель
Louboutin, Hilton, Palma, Marina
Maldiv, Jumeira, Dolce Gabbana
Lamborghini, Tiffany, İbiza, Vertu
"Ladies and gentlemen, Welcome to Baku"

Bonjour glamour hər yerdə
Keçə bilmir Biləcəridən bonjour glamour
Dönübdür dəbə rəngarəng həyat
Dönüb bir dərdə

(Dönüb bir dərdə, rəngarəng həyat)

İstəsən bahalı geyin
Lap istəsən Ferrari min (min get)
Əgər boşdursa için
Bunların sənə heç dəyməz xeyri
(Heç bir xeyri dəyməz)

Dostlarınla hər dəfə
Kreditlərçün yeni səhifə
Bu qlamur ilə də sən
Biləcəridən o biri tərəfə (ıh)

Bonjour glamour hər yerdə
Keçə bilmir Biləcəridən bonjour glamour
Dönübdür dəbə rəngarəng həyat
Dönüb bir dərdə (Bonjour glamour)

Bonjour glamour hər yerdə
Keçə bilmir Biləcəridən bonjour glamour
Dönübdür dəbə rəngarəng həyat
Dönüb bir dərdə

(Bonjour glamour)

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio