PRoMete - Bir Də Başdan mahnı sözləri (lyrics)

[PRoMete - Bir Də Başdan mahnı sözləri lyrics]

Bilirsiniz, mən bu gecə bir fikrə gəlmişəm
Daha doğrusu, sizinlə razılaşmaq istəyirəm
Həkim: Hıh, sən? Nə razılaşma? Axı sən
Yox, yox, dayanın! Axı mən sizdən bu vaxta
Qədər heç nə istəməmişəm
Birinci dəfədir, sizdən bir şey istəyəcəm
Və son dəfə söz verirəm, son dəfə!
Yaxşı, buyur
Nə olar, hər şeyi geri qaytarın!
Başa düşmədim! Mən başdan başlamaq istəyirəm
Aparın bunu öz palatasına!
Söz verirəm, hər şey başqa cür olacaq
Aparın bunu! Xəstə: Mənə inanın

Necə asan olardı
Hər şeyi almaq olsaydı geriyə bir də başdan
Ya da elədiklərini silmək bacarığı
Olaydı, kaş ki, yaddaşdan
Nə ürəklər olardı onda buz parçası
Nə oynanılardı oyunlar
Nə anlaşılmazlıqlar olardı, nə də ki
Heç kimdə olmazdı baş daşdan

Necə asan olardı
Hər şeyi almaq olsaydı geriyə bir də başdan
Beləcə sərhədlər də yığışardı
Olmazdı möhkəmdən yavaşdan
Ya da məftillərdən körpülər tikilərdi
Tikanlar sökülərdi aralı qalmazdı bir də heç
Vaxt qardaş qardaşdan

Necə asan olardı
Hər şeyi almaq olsaydı geriyə bir də başdan
Onda evim olardı çox sadə, ya taxtadan
Ya da qamışdan!
Hər şeyi özümə dərd eləməzdim, dəli olardım
Dərdimi çəkərdilər ya da özümü öldürərdim bu
Sosial quruluşlar qurulmamışdan

Necə asan olardı
Hər şeyi almaq olsaydı geriyə bir də başdan
Dilinizi yalandan təmizlərdim
Içinizi qorxudan-təlaşdan
Başa salmağa çalışardım ki, Adəm övladı
Bu cür hərəkətlər yaraşmaz ya da olmasa
Göyərçin olub sizi qurtarardım
Bu qanlı savaşdan

Necə asan olardı
Hər bir addımımda tutan olsaydı əlimdən
Düşünsəydilər yerimə, ən xoş
Sözləri desəydilər, amma dilimdən
Yəqin, bu, ən unudulmaz hiss olardı
Hər kəsə özü qədər doğma görünmək
Amma bacara bilmirəm mən palaza
Bürünüb ellə sürünmək

Necə asan olardı, istəyəndə çönüb
Olmaq insan yox, kölgə
Hər kəsi mümkün olsaydı sezmək
Səni mümkün olmasaydı görmək
Hamıya ürəyimdən keçəni deyərdim
Onda çəkinmədən, bəlkə?!
Qorxutmazdı məni nə hədə, nə qorxu, nə də ki
Heç bir təhlükə

Necə asan olardı, istəmədiyin
Səsləri mümkün olsaydı, söndürmək
Ya da xoş olmayan xatirələri bir anda boğub
Məhv edib öldürmək!
Onda olmazdı yer üzündə nə
Cinayətlər, nə cəzalar, nə türmə
Nə gözüyaşlılar olmazdı, nə də qəmlilər
Asan olardı güldürmək

Necə asan olardı
Hər cümlədə olmasaydı bir cümlə sətiraltı
Lap körpə uşaq kimi tərtəmiz
Olardı onda bu şüuraltı
Yuxuları gecələr rahat yatardıq
Nağıl kimi bir ömür yaşardıq
Lap sonda da kimsə göydən üç
Dənə qırmızı alma atardı!

Həkim: Kimin növbəsidir?

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio