PRoMete, Tofig Hajiyev - Bəzə mahnı sözləri (lyrics)

[PRoMete, Tofig Hajiyev - Bəzə mahnı sözləri lyrics]

Həyatımı  varlığınla bəzə
Sevinib  uçuram səni görəndə
Nə qədər varsan, o qədər varam
Pərvanə təki dövrəndə

Mahnılarımda  çıxırsan üzə
İlham  pərimsən mənim sən
Nə qədər varsan, o qədər varam
Və  var olduqca mənimsən

Günlər gəzir, saatlar qaçır
Saniyələr uçur, hamısı sənin üçün
Dünya  sənin özün, təki gülsün üzün
Bura qonaq olub yüzü, yerini vermiyib düzü
Bizi görür çoxu, bəlkə də götürmür gözü
Mənim də xasiyyətim dəyişkəndi
Buna isə az adam dözür, sən bu adamın özü
Varlığındı mənalı edən gecəni, gündüzü
Sözüm özü axır olur sətir
Adına yazılır şeir, mahnılar
Həyat mahnıdan daha da dərindir
İşıq sürətiylə gedir indi, çünki biz əl-ələ
Uzağa gedəcək hələ bu yol, geriyə baxma gəl
Gözünü yum, əlimi tut
Sənin işığınla gedəcəm, qorxma gəl
Sona qədər biz olar, olsan əgər
Yoxa çıxma, gəl

Həyatımı varlığınla bəzə
Sevinib uçuram səni görəndə
Nə qədər varsan, o qədər varam
Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə
İlham pərimsən mənim sən
Nə qədər varsan, o qədər varam
Və var olduqca mənimsən

Mənə bəs edir o səsin qulağımda səslənməsi
Sənə bəs edirəm mən, amma bu bəslər nədir?
Yenə də mi görəsən sözlər qüruru kəsməkdədir?
Bu qədər illər də mi
Sözü gözüyumulu udmağa dəymədi?
Mən yenə neynədim, yenə neynədim?
Qapanır üzümə qapılar əminəm açarı tapılar
Bu qapanışlar məni uzağlara aparar
Və geri dönüşlər çətinləşər
Kömək olmaz nə sözlər, nə para
Üzü qışa gedirik deyəsən baharı axtara-axtara
Özümə söz verirəm, geri baxmaram!
Səninlə xoşbəxt olardım, yaşasaydım daxmada
Da da dam dadam, yola ver!

Həyatımı varlığınla bəzə
Sevinib uçuram səni görəndə
Nə qədər varsan, o qədər varam
Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə
İlham pərimsən mənim sən
Nə qədər varsan, o qədər varam
Və var olduqca mənimsən

Qarşıma çıxmasaydın, səni arardım
(mütləq səni arardım) o Şüaların qışı apardı
(indi ömrümdə bahardı)
Bəlkə də çətin olardı, amma tapardım
(mən səni tapardım)
Tapmasam belə bizi yazardım
(mən bizi yazardım)

Həyatımı varlığınla bəzə
Sevinib uçuram səni görəndə
Nə qədər varsan, o qədər varam
Pərvanə təki dövrəndə

Mahnılarımda çıxırsan üzə
İlham pərimsən mənim sən
Nə qədər varsan, o qədər varam
Və var olduqca mənimsən

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio