PRoMete, Dihaj - Hisslər Okeanı mahnı sözləri (lyrics)

[PRoMete, Dihaj - Hisslər Okeanı mahnı sözləri lyrics]

Gəl dalaq dərinə boğulana qədər
Lap çökək dibinə, yox olsun iki nəfər
Səninlə mən əl-ələ ölümə əgər
Deməli, bu həyat yaşanılmayıb hədər
Nə qədər mənə de var hələ nələr
İçindən gözünə sızacaq sirrlər
Təklik deyil bizim üçün bizimki, yarımçıqlıq
Gəl yarıda qoyub qaçaq hər şeyi
Mənə nə gərək sənsənsə hər şeyim
Bu ruh adlı gəmidə hakim ürək
Pilotajdan imtina edib beyin
Soyun bədənini, ruhunu burax
Axı biz də bacarırıq uçmaq
Bunun üçün lazımdır nə qədər az
Hisslər okeanına ayaq basmaq

Bu hisslər okeanında bir tək sən
Təkcə sən ol yanımda

Zamanı burax əlimi götür
Dodağıma qon nəfəsi ötür
Qarışdır saçımı dünyanı söndür
Bir az da dərinə və daha hündür
İndi aç gözünü alnın alnımda
Yerin üstündəyik səmanın altında
Çətinki düşsün dünənlər yadına
Hər dəfə qızanda bu anı xatırla
Sənin üçün çətindir gücsüz uzandın
Dərində rəqs edir indi barmaqlar
Üstünü örtdüm sətirlərimlə
Və gedirəm yazmağa, çıxdım otaqdan

Bu hisslər okeanında bir tək sən
Təkcə sən ol yanımda

Bu hisslər okeanında bir tək sən
Təkcə sən ol yanımda

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio