PRoMete, Aynishan - Hər Yerdə mahnı sözləri (lyrics)

[PRoMete, Aynishan - Hər Yerdə mahnı sözləri lyrics]

Gözümü yumanda da sən varsan qaranlıqda
Lap qarda, dumanda da
Sən məni yaşadan tək səbəbsən

Dişimi sıxanda da hər damın kənarında
Bircə addım qalanda
Uça bilmirəm mən bu səbəbdən

Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

Şaxtada və istidə kölgədə və güzgüdə
Doğmada və özgədə
Hər yerdə görünürsən gözümə

Düşünmək, sıxılmaq səssizlikdə boğulmaq
Sənsizlikdə yox olmaq
Qayıda bilmirəm mən özümə

Həyat sınaqdır, gülüm, biz isə sınanılanlar
Görüşmək, birləşmək üçün yaradılanlar
Bütün bunları hər dəfə yada salanda
Hər şey elə bil rəngini dəyişir bir anda

Bilirsən, mənim yuxularım uşaqlıqdan
Rəngli idi
Amma oyananda bu rəngləri tapa bilmirdim
Məktəb vaxtı hamı tuturdu xatirə dəftərləri
Mən isə keçmişə baxmağı heç sevmirdim

Elə bil
Kimsə pıçıldayırdı - qabağa diqqətlə bax
Hansısa zamanda qarşına kimsə çıxacaq
Mənim üçün həyat ona görə sənə gedən yol idi
Gedirdim, gedirdim, sən isə yox idin

Yıxılmağa öyrəşirdim heç kim sığallamırdı
Məni sərt yetişdirmək həyatın cığallığı idi
Heyif, bəzi şeylər tamamilə əlimizdə deyil
Məndən olsa, mən hələ də uşaq idim

Amma bu günə də şükür, hər şeydə hikmət var
Bir gün sənə rastladım və anladım cənnət var
Bu cənnətdə üzümüzə açıqdır qapılar
Qapalı olsa da, onu bizim üçün açan tapılar

Bu olanlar hər şey səbəbsiz deyilmiş
Bütün yollar aparırmış bir nöqtəyə
İndi əllərin isti ovuclarımda
Qulaqlarım isə öyrəşib səndən eşitməyə

Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda
Sən hər yerdə, yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

Sən hər yerdə - hər addımda
Sən hər yerdə - yanında
Sən hər yerdə - səninləyəm
Sən hər yerdə - ömürlük

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio