PRoMete, Sabina Rahimova - İlluziya mahnı sözləri (lyrics)

[PRoMete, Sabina Rahimova - İlluziya mahnı sözləri lyrics]

Doludur qəmli sətirlərlə kitablar
Bilinmir ki, indi sevincdən kim ağlar
Daha əvvəlkitək çağlamayan bulaqlar var
İçimdə siyasətdən doğulmamış uşaqlar var

Daxmalardan qaçanlarıq biz
Şəhərlərdə çox qələbəlik, qalmır iz
Bir gün özümü itirsəm, kim anlar ki
Qələmi vərəqə daha da sıx
Tətiyi gicgahda düşün,  artsın cəsarət vur!

İçinə qonan qarğaları uzaqlara
 çox uzaqlara uçur
Və yalnız yalançılar ən gərəkli
Anlarda susur! Yalançılıq - bu deyil qüsur
Bu təbii fəlakət, bu mədəni xəyanət
Bu bədəni zəmanət altında beyinə ticarət
Bu, yabanı bitki kimidir
Bitdiyi yerlərdə xarabalıqdan olur əlamət
Və nəqarət

Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

Həyat düşündüyümdən də alçaq
Nə biləydim ki, dostlarımı pulla satın alacaq
Ən yaxşısı, düşünüm ki, onlar şəhid olublar
Bundan sonra ruhları Allaha yaxın olacaq

Amma tək düşünməklə olmur ki, bu həyat
Bizə kim öyrədib ki, dadlı olur bayat?
Biz yaxşı yaşamağı sayırdıq birgə yaşamaq
Amma indiki yaşama demək olmaz babat

Fərat Dəclədən ayrıldı, demək, mümkün hər şey
Səhv kimi sübut olundu mövcud düzgün hər şey
Yıxılmarıq, yıxılsan tutarıq - deyən hər kəs
Toz olub sovruldu, indi ölgün hər şey

Mənim səsim olmamalı idi bu verse-də
Pis tələbələri fələk qovur dərsdən
Həyat mənə üçbucaqlarını hədiyyə edir
Qarğalarsa qanad çaldı qorxub səsdən

Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

Gec qalmaqdan qorxmamaq
İrəli getmək, geriyə baxmamaq
Qonaq edə bilməyəcəyəm səni dünyama
Xoş gəlmisən dar daxmama

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio