PRoMete, Hilal Demo, İslam Şirvani - Mahnılar mahnı sözləri (lyrics)

[PRoMete, Hilal Demo, İslam Şirvani - Mahnılar mahnı sözləri lyrics]

Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə

Bəzən bir siqaretin tüstüsü daha çox
Anlar insanı ətrafındakı insan toplusundan
Necə qurtulur, görəsən, o yaradıcı ruhlar
Hər şeyin üst-üstə gəlməsi duyğusundan?
İllərdir axtarılan sualların
Cavabını, görəsən
Kimsə tapıbmı və harasa yazıbmı?
Dərinə gedənlərin geriyə
Qayıdanı maraqsızdır, bizə
Maraqlı o kəslər ki, oralarda azıbdır
Buraxıb dərinlikləri və yorucu fəlsəfəni
Hədəftək götürürəm gündəlik səksəkəni
Dostlarım dağılıbdır yer planetinin üstünə
Maraqsızlaşdıraraq mənimçün bu ölkəni
Məişət qayğıları yaşla düz mütənasibdir
Maddiyyata daha çox bağlanıram ildən ilə
Gülməyim gəlir indi kimsə verəndə sual "necə
Hissdir mahnılarınızın düşməsi dildən dilə?"

Böyüyəcəksən, dostum, səni də böyüdəcəklər
Özünü böyüdülmüş görəndə çalış ki, çaşma
Şirin dillər ilanı çıxara bilir yuvasından
Kini kölgənçün saxla, çalış oyuna qarışma
Yoxlama dostu darda, pis günü yaxın buraxma
Umma ki, küsməyəsən, heç kəsdən alma dəstək
Özünü tap özündə, çətindir, amma mümkündür
Özünü yar olana hər addımda tanrı kömək

Ehtiyac yoxdur bəzən doğruları deyəsən
Başını aşağı salıb görməzdən gələsən
Yaranan vəziyyətdə öz xeyrini güdəsən
De mənə, bu filmlərə ağlayasan, güləsən?
Elə sən də beləsən, çox da uzağa getmə
Günahsız halda qəmli mahnıları tərk etmən
Bədənin rəqs etmək istər, əl qaşınar
Bəzi mahnılar elə rəqsin qədər yaşayar
Daşıyar başqa məqsəd bu notlar dilə gəlsə
Bu gündən küləklər sərt əsər, yeri gəlsə
Yazılmalı min əsər, əsərlər bəhsəbəhsdə
Pozulmalı bu əsəb, insanlar min həvəsdə
Səslənən musiqidən qulaqcıqlar utanır
Axı bu şəhərdə dahi bəstəkarlar qocalıb
Şairlər nə bacarır, nədir daha qurtarıb?
Yoxsa ağıllı musiqiylə toylar azalır?

Özünü tapmaq üçün çıxdığı bütün axtarışlardan
Əliboş dönənlərin məyusluğudur bu mahnı
"Bu dəfə nə oldu?" deyə soruşulanda cavab
Əvəzində gözlərin yorğunluğudur bu mahnı
Dalğamız eynidir indi, sən məni
Anlayırsan, nədən danışdığımı
Nədən oxuduğumu
Çoxların anlamadığı sadə albom treki
Təklərin pleylistinin dolğunluğudur bu mahnı

Bu mahnı həqiqətdir, bro qəbul etməsən də
Şairə əziyyətdir şeir səslənməyəndə

Bu mahnı həqiqətdir, bro qəbul etməsən də
Şairə əziyyətdir şeir səslənməyəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə

Bu mahnı həqiqətdir qəbul etməsən də
Bütün mahnıların taleyinin hökmü səndə
Şairə əziyyətdir şeir səslənməyəndə
İşsiz qalır dirijorlar not küsəndə

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio