PRoMete, Sailor - Mənim Ulduzum mahnı sözləri (lyrics)

[PRoMete, Sailor - Mənim Ulduzum mahnı sözləri lyrics]

Bu sözləri anlamağa başlayanda
Yəqin ki, yadına da düşməyəcək
Necə balaca idin
10 ayında ilk addımlarını atanda
Mən səndən kilometrlərlə uzaqda idim

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

Gözümün qabağında ötür anlar, böyüyürsən
Bu dünyanın sevincisən,  özü də böyüyündən
Sən həm ən kiçiyimsən, həm də ən böyüyümsən
Nədir ixtiyarım ki, çıxım sənin bir sözündən?

Nə qədər çətin olsa da gecələr oyanmaq
Çox xoşdur yatarkən başın üstə dayanmaq
Bu çox çətin peşədir - valideyn statusu
Və bunu olmur sadəcə qazanmaq

Qızım, bax ağlama, götür bu oyuncağı
Bax o qırmızını, ya da gələ bu ağı
Mama gəlir, tez gəl, qaçaq, gizlənək
Vay-vay-vay nə günə saldıq biz bu otağı

Sənin hər addımını səninlə bərabər
Biz də atırıq
Dayanırıq, əl çalıb alqışlıyırıq
İnanılmaz və izah edilməz hisslərdir
Çox xoşbəxtik ki, biz bir dünyada yaşayırıq

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

İnsanlar sevir qaçmağı olduğu zamandan
Ya önə, ya da geri, bilmirəm bu nə adət
Mən də geri çönüb baxanda görürəm
Necə səninlə doldu ömrümə səadət

Nə hacət sözlərə, əgər danışırsa hisslər
Bu həyatda 2 cür insan var
- yaxşılar və pislər
Onları tanımaq üçün sənə lazım olacaq bil ki
İnsan qəlbinin aynası sayılan gözlər

Çətindir ayaq üstə dayanmaq bunu mən
Yaşamışam bir neçə dəfə yıxılaraq
Əsas odur gərək elə yaşayasan ki
Sonra danışmayasan həyatını sıxılaraq

Görürsən, mən də qabağa qaçıram indi
Səninlə böyüklə danışan kimi danışaraq
Adının çəkilməyi belə gətirir təbəssüm
İzah edilməz hissdir səninlə
Bir dünyada yaşamaq

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

Tut mənim əlimdən sən mənim ulduzum
Günəşin parçası mənim gözəl qızım

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio