Tibu KM - Ayaqyalın mahnı sözləri (lyrics)

[Tibu KM - Ayaqyalın mahnı sözləri lyrics]

Otaq hal-əhval verir, asmışam gillanda
Hələ də çatmaz kimi
Baxıram vitrindəki brilyanta
Əlimdə qırıq, kir, həyatı bənzədirəm bilyarda
Sənətimi almaq istəyirsiniz mənim
Satıram 1 milyarda

Uğurlar uzaq deyil, bir balaca döz yerində
Görəsən mən təkəmmi darıxan
Gecələr öz evində?
Və hansısa bahalı restoran, aralı öz evimdən
Ən dadlı yeməklər bişir hərənin öz evində

Zaman qocaldır, aldı illər ağlımı
Elə maraqsızlardır öldürürdü marağımı
Kim uzadır saqqal, kimi qısaldır balağını
Bakı küləklər şəhəri
Uçurdub çoxunun papağını

Yaman qocaldan, həyatın xətasıdır
Kim isə itirir başın, kim isə əbasını
Kim isə qılar namaz, kim isə qəzasını
Cəzalarınız gülməlidir
Verin bizə ölüm cəzasını

Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb

Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb

Mən sona qədər vuruşub
Mənlədir bu gic dəlilər
Divarlar, qan izləri, yumruqlar dönür dəmirə
Heç kimi istəmirəm, izləmirəm, pisləmirəm
Mənə layiq olanı verin
Çox şey sizdən istəmirəm

Dostlar azaldı, dağ bir damcı qarlamadı
Məni danladı atam, mən oğlumu danlamadım
Tibu, sən istədiyin kimi, bilirəm parlamadın
Ya sən insanları, ya insanlar səni anlamadı

Və yalandan ümid verməyin, gələcəyim parlı
Köhnə sevdiklərim xoşbəxt
Köhnə dostlarım varlı
Dəyərmi vida edən insana bir də həyat vermək?
Dəyərmi həyatımı məhv edən
Şeyə "həyat" demək?

(Həyat demək) Mən tale damarların doğramışam
Nə qədər cəhd eləmişəm, nə qədər yoxlamışam
Mən tamam birinə oxşamışam
Mən sanki öz birinci həyatımdan boşanmışam

Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb

Hələ də mən ayaqyalın
Hər mahnıya canım yanır
Hələ yarıma yarım qalıb
Bir mahnılıq canım qalıb

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio