Tibu KM - “Hə” Demişdi Qız mahnı sözləri (lyrics)

[Tibu KM - “Hə” Demişdi Qız mahnı sözləri lyrics]

Naz edib "hə" demişdi qız
Sevən ailə başçısı məni sanıb
"hə" demişdi qız
Hələ də inanmıram, ağlıma belə gəlməzdi
Sevib, sonra gedib məhv etmək üçün
Məni "hə" demişdi qız

Mənimlə fəxr edirdi qız
Qaranlıq həyatımı əlvan boyayla
Rəng edirdi qız allah, nə olar dünənki bəd
Günümü sil həyatdan
Məcburi evlənməsini demək üçün
Zəng edirdi qız

"Həyatımsan" deyirdi qız
Hər yazdığım ona şeirlərə "əhsən" deyirdi qız
Misal çəkdim, kimsə sənə seçim qoysa
İkimizdən biri sağ qalmalıdır
Sakitcə "sən" deyirdi qız

"Yanıma gəl" deyirdi qız
"Bir dəqiqəlik görmək üçün məhləmə
Gəl" deyirdi qız
Sevdiyim birindən sən öl gözləməzdim
Onu ehtiraslı öldürüm deyə "tez
Gəl" deyirdi qız

Böyük bir səhv edibdir qız
Ölməz hissəri vardı, məcburi dəfn edibdir qız
Siz məni təzə tanıyıb, sevərək dinləyəndə
İşsiz reper olduğuma görə məni
Tərk edirdi qız

Gələcək zənn edirdi qız
Mənə yazdığı məktuba ətir vurub
Zərf edirdi qız
Nömrəm sönük, narahat olub gecələr ağlayanda
Oteldə mən başqa qızla
Səhər yatağımı tərk edirdi qız

Toxuyaraq şərf edirdi qız mən küçəyə məhkum
Məhkumluğumu əfv edirdi qız
Ananı çox sevirsən, yoxsa məni?
Sakitcə gülümsədim
Anamın dırnağına belə dəymədiyini
Dərk edirdi qız

Əngəl gеdirdi qız
Saçından sürütləməyimi polisə şərh edirdi qız
Az qala gic olurdum, məni unutmağdan ötrü
Dönərək qəhbəyə kiməsə əl verirdi qız

Bunlara "şər" demişdi qız köz olan
Sönən hisslərimi "sönən məşəl" dеmişdi qız
"Gecələr yatammıram, daha sevmirəm bəsdir
Ayrılaq" məndən əvvəl demişdi qız

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio