Tibu KM, DN Jo - Köhnə Ev mahnı sözləri (lyrics)

[Tibu KM, DN Jo - Köhnə Ev mahnı sözləri lyrics]

Danışan başqa qızdır, yenə oyandım bir zəngə
Bunların heç birin istəmirəm
Tək xahişim - sən gəl
Əlimdə gül ləçəklərinin kaş ki
Biri artıq olsa
Doğrudan maraqlıydı, yenidən sevərdi bəlkə?

Bu gün yenə eyni sualı verdi
"Nihad nəyinəm?"
Sən torpaqsan, mən sənin içində meyidəm
Eşq xəstəsi, heç bir həkimin yanına getmə
Bilirəm, xəstəsən sən
Etirafım - mən yalançı seyidəm

Bir gün cürət edib qəlbimi tam ortadan yarsan
Sol tərəfdə şəhər tikdim
Içində sən də varsan söhbət tərəf deyil
Sən olduğun hər yer gözəldi
Və Bakını çox sevirəm
Çünki içində sən də varsan

Sevmək vərdiş halını alıbsa, heç tərgitmə
Təkrar sevərdim və tək şərtim - tərk etmə
Eyni şəhərdə olmağımız daha
Da pisdir, bilirəm, amma
Bakı getsin, sən qal, sən getmə

№O böyük sevgini qəlbindən çıxart№ deyirsiniz
Özünüzün hər görüşdə aldığınız çiçək nə idi?
O sizi çox incidir
Siz ona "həyat" deyirsiniz
Sevginizi başa düşdüm
Bəs "əlini çək" nə idi?

Otaqda yanır şam qaranlıq pərdə, tül
Sevgilim, nə olar gir obraza yalandan gül

Yuxarıdan damır dam əlimdə çoxlu gül
Bu gül dəstəsi sənin deyil yanımda bax, üzül

Otaqda yanır şam qaranlıq pərdə, tül
Sevgilim, nə olar gir obraza yalandan gül

Yuxarıdan damır dam əlimdə çoxlu gül
Bu gül dəstəsi sənin deyil yanımda bax, üzül

Burda bir ev var, içi soyuq
Isinməkçün yararlı
Hər həftədən bir o burda mənimlə bir qalardı
O düz bir saat məni qucaqlayıb ağladı
Biləndə ki
Ətrafımda reperdən çox narkomandır

Mənlə olmur axı o xoş körpülər
Yadında necə çıxarırdılar məni bölmədən
Sonra sən inciyirdin ürəkdən, yalansa
Zəng edir anası: "Əl çək qızımdan
Sən avarasan"

Sevgi hissi ağzı üstə dəydi
Necə axı "ayrılaq" deməyinə üzün gəldi
Baş hərflərimiz yanbayan, ortada "üstəgəl"dir
Ürəyim təmizdir, götür, ciyərim tüstüdəndir

O dözmür artıq, real deyil dözməsi
Elə bir problemdə yoxdur ki, o mənlə görməsin
İncidərəm, buraxmaram harasa tək getməyə
Axı mənim də haqqım var onu belə sevməyə

Keçmişini ver mənə, özüm oranı təmizləyim
Gözünü yum, səni dodağımla əzizləyim
Səhvlərimi basdıraq indi, mən artıq qazıram
Mən sevə bilməsəm də, sevgidən qəşəng yazıram

Otaqda yanır şam qaranlıq pərdə, tül
Sevgilim, nə olar gir obraza yalandan gül

Yuxarıdan damır dam əlimdə çoxlu gül
Bu gül dəstəsi sənin deyil yanımda bax, üzül

Otaqda yanır şam qaranlıq pərdə, tül
Sevgilim, nə olar gir obraza yalandan gül

Yuxarıdan damır dam əlimdə çoxlu gül
Bu gül dəstəsi sənin deyil yanımda bax, üzül

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio