Tibu KM - Oxatan mahnı sözləri (lyrics)

[Tibu KM - Oxatan mahnı sözləri lyrics]

Nə qədər dirəndilər, diz çökmədik, gülürdük
Qoyduq lağa
Deyəsən artıq idi bəlkə də 5-ci bakal
Tanımadığım taksi, kürəyimə dəyir "aka"
Burda yol təkcə sola, amma biz dönək sağa

Bax, bura doğma rayon - "Vasmoy", ağır hava
Enli paltar geyindiyimə görə düşmüşdü davam
Və 11 illik məktəb
Yadda qalan qız və "brat"lar
Sevmirdim kimyanı mən
Amma sevdim "ximikat"lar

Bax, bura köhnə məhləm
Cinayət yönlü "kruq"lar
İlk dəfə bağçanın həyətində almışdım qullam
Sonra bilyard "za stol", qumar, qara-qura
"Halaldı!" dediyiniz treklər yazıldı
Haram pula

Axı mənə razı olardı o qızın ailəsi
Əgər olmasaydı rep və kobud səsim
Sonra depres və sil, qırıq ürək nahiyəsi
Həkim resept yazırdı "narkotikin müalicəsi"

Yadımda hospital, gizlənirdim otağlarda
Psixoloq danışırdı, mən baxırdım dodaqlarına
Yadımda tutulmağım, səbəbi pul vahiddir
Deyirlər, məhkəmədə qorx
Harda hakim şahiddir

Həyatım sanki qocaman biriylə yaşıd olmaq
Hərbidə başa düşdüm boş şeymiş məşhur olmaq
Məni 19 ay ayrı qalmaq vəsf elədi
Hamınızı qoyub qırağa, özüm özümü kəşf elədim

Yenə altı qaralmış gözümdə qəm oxunur
Oxatan bürclü reper səhv atırmış hər oxunu
Bu "loun səhnəsidir el tanımır mərd oğlunu
Hər yazdığım sevgi trekində bir
Qız dəfn olunub

Bu qədər ağır yük altında bəndə susur nədən?
Biz gördük ancaq yetim, yesirə gəlsinlər hədə
Kasamız dolub səbrlə zatən boş qalıb mədə
Hər ana olmur müqəddəs, hər ata olmur dədə

Ey mənim ulu rəbbim, talelərə bax qıraqdan
Ayrı həyatdır Madriddə, ayrıdır İraqda
Bizim həyat da saxta xəyanət cümləsidir
İçikili vəziyyətdə görürdüm
Məscidin günbəzini

Yadıma ilk oğurluğun ehtiyac olmağı
Elə ilk izahatda da yazmışdım ac olmağımı
Yadımda tələbəlik, qovulduğum univer
Bu cür gəncliyimi etdim
Mən cavanlığıma barrier

Mən getsəm də, gördüm mahnılarım yadda qalır
Sevdiyiniz şair kaş bilərdiniz
Gecə harda qalır
Və yazdığınız "respect", comment
Evə gələn zərflər və sonra yox olurdunuz
Belə fanatdan gedir zəhləm

Mən tüpürüb getmişdim, heyfislənmədim illərə
Özün görəcəksən, mən qayıtmadım həmin yerə
Məni 19 ay ayrı qalmaq vəsf elədi
Hamınızı qoyub qırağa, özüm özümü kəşf elədim

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio