Tibu KM - Paranormal Freestyle mahnı sözləri (lyrics)

[Tibu KM - Paranormal Freestyle mahnı sözləri lyrics]

Gecə işləmir market
Ütülü vəziyyətdə cibdə haram pul
Polisdən qaçırdım, mədəm istəyir su
Asfalta dəyir "ket"lər
Indi işləmir "transport"
Qaçmaq xaricə - arzum, yoxdur xarici pasport

İçirəm soyuq kofe, iki gün yeyirəm lobi
Rep həyatımı dağıtdı, bu yazılar deyil hobbi
Efirə maraqsızam, evdə satmışam plazma
Siz yanılmışdınız deyəndə ki, mən əlçatmazam

Bu rayon "прикол"dur, "bariqa" tutdurur rəisi
"Underground"u elə edin ki
Küçələrin qoxu gəlsin
Bakıdan "connect", eşit, DN Jo, Mersin
Mən itirdim, oxumadım, sən itirmə, oxu dərsi

Kariyeradan çox sizə maraqlıdır həyatım şəxsi
Bu şair hələ çox yazacaq
Nəsimitək soyun dərisin
Bu şeiri dəlisovdur, qafiyələnmə rəqsi
Teymur deyib gülən, Tibu tam onun əksi

Sizləri sözlə əydim, mənə güllələr dəysin
Mənim qolum qandaldır
Ona görə danışıram əlsiz
Oğrudan oğurladım mən, oğurlanmış tərzi
Mənim yolum skandaldır
Buna görə siz barışın mənsiz

Mənim vəziyyətim güldür, mənim ciyərim küldür
Sevgiyə olan ümidlərim 2013-də öldü
Mən narkoman reper, damarıma rep qatdım
"Paranormal Freestyle"
Musiqim anti-formatdır

Vərəqə cızanda mən soyuq hisslərimi
Soyuq silahlarda tapılırdı əl izlərim
Mən yazıram özümçün, hətta yazanda kədər
Fanat sinif yoldaş kimidir bir həddə qədər

Bu çirkli cinayət işi, unudulmuş şübhəyəm
Rep, sırf sənə görə mən evdə atamla düşmənəm
Dünən tüpürdüyü tüpürcəyi yalayanlar var
Repdən birbaşa getməyimi arzulayanlar var

Çoxunuz, siz paxılsınız, mənə var bədnəzərlər
Gördüyüm kriminalları göstəmir içxəbərlər
Diqqətlə qulaq as mənə və həyatını oxu
Sən dinləmirsən mənim mahnılarımı
Mənə "похуй"

Bəlkə sondur, bəlkə də proloq
Məni evdə başa düşmürlər qaldı ki
Başa düşsün psixoloq başa düşsün psixoloq
Başa düşsün psixoloq bu bəlkə proloq

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio