Tibu KM - Qələbə Günü mahnı sözləri (lyrics)

[Tibu KM - Qələbə Günü mahnı sözləri lyrics]

Dedilər yaxın kənddə baş veribdir yanğın
Hava da dəhşət duman, görmürük təpə? dağı
Əsgər yoldaşlarım susur, bir-birinə baxır
Və bu gün həmişəkindən iki
Saat tez bölük qalxıb

Öyrəşib bədən torpağa, başım daşa
Yaxşı dosta yox, burda möhtac yaxşı silahdaşa
Elə bir hiss gəlib içə, dönmək olmaz yarıdan
Deyəsən müharibə qoxusu var, cənab kapitan

Biz dözə bilməsək, vətən sağ olar uzaqbaşı
Əsgərlə dolu "Satko", hərbi hissə uzaqlaşır
Zəng etdim yaxınlarıma
Şükür hər şey yaxşılaşır
Tək anam hiss etdi - oğlu elə bil vidalaşır

Cəbhə göründükcə vətənpərvər hiss ucalır
Yadıma düşür 90 lar, yada düşür Xocalı
Əsgər bala, içindəki hirsi bəyan elə
Əziz ata, bu gün oğlunun haqqını halal elə

Dağılmış bina, bağlar, daş-kəsəkdir yol
Küçələr görəsən bacaracayıqmı biz? İçimdə
Gic şübhələr
Bu köpəklərə rəhm edə bilməyəcəm daha mən
Düşmənin səsi, qışqırıq, güllələr və vahimə

Ya Allah! Getdik! Xəritə ilə kəsə
Ehtiyatlı irəliləyirdik
Görməyənədək nə qədər cəsəd
Üç rəngli bayraq ürəkdə və qeyrət içimizdə
Komandir, bu zibillər axı zəif deyil bizdən

Haqq-ədalət zamanı, bizimlədir tək Allahım
Kəşfiyyatçılarımız partladır onların
Qərargahın
Sevindik, amma ki, müharibə bəla, xəta
Bakıdan gəlirdi yardım və partladıldı qatar

"Gözünüz aydın millət! Qaytarıldı Şuşa!"
Təəssüf, rəhmətə getdi nə qədər yaxın uşaq
Xəbərləri bağırır - düşmənin saysız itkiləri
Xəbərlər demirdi bizim məhv olan mövqeləri

"Yoldaş mayor, əyilin!", "Əliyev sağdadırlar"
Diqqətli olsun hamı ağ kitelli qardadırlar
Döyüşdə zərbələr ani, gözlənilməz olur
Çiynimə dəydi güllələr, "блят" getdi qolum

Ağayev yaralandı, alın onları nişanə
Uşaqlar, gedin siz, mən özüm-özümə tapım çarə
Sıxıb qolumu kəndirlə ki, donsun qan və damar
Bunları öldürməmiş hamısını, mən bağışlamam

"Ey, hara qaçırsuz?! Siz necə oğlansuz?!"
"Hamıvız arvadsuz! Arvadsuz! Qorxaqsuz"
Eybi yox, amma ki, əsəbdən dolurdu gözüm
Qaçanların qeyrətini mən qoruyacam özüm

Qalibiyyət bizim olmalı
Onlar o vaxt qazanıblar
Biz azalmışıq dəhşətli, onlar da azalıblar
Elə bilirdim çıxır göylə torpaq əlimizdən
Gəlir hava qüvvələri bizim milli gerbimizlə

Bu son deyil demək, gözüm dolurdu, əfsuslar
Artıq hiss olunur ordu, sərmayə və resurslar
Artıq bizimlə könüllü vətəndaş və məhbuslar
Artıq dolurdu türk əsgərləri
Ilə bizim postlar

Top-tüfənglər, mina atan, qırıcılarla tufan
Kəlmeyi-şəhadəti deyib, Azərbaycan
Keç hücuma bu deyəsən qələbə idi
Sonu idi qəmli kəndirin
Allah haqqı ağladıq ətri gələndə Xankəndinin

Və onlar qaçırdılar silahları götürüb
Bizim ana bacılara bu xəbəri ötürün
Nəhayət sevinc hissi içimizdən çıxdı bayıra
Sancıldı Qarabağ qumuna üç rəngli bayraq

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio