Tibu KM - Şəxsi mahnı sözləri (lyrics)

[Tibu KM - Şəxsi mahnı sözləri lyrics]

Bu mənim ən şəxsi trekimdir

Mən sənin qəsdən xətrinə dəymədim
Bu qəsti qərəzlik xətrə ortaq
Heç bir insanın qüruruma əymədim
Tanıdığım vəhşilər gözü qorxaq

Səliqəyə düzdü foto albomları
Səliqəyə düşmədi heç bir otaq
Rəssama dedilər dostluğu çək
Rəssam çəkdi qar, bir də dağ
Yaxşını pisdən ayıra bilmədim
Yaxşını pislə səhv salmışdım
Düz 3 ildən çox ayrıla bilmədim
Düz içimdə çox bərk batmışdım

İçimdəki həvəs ayıla bilmədi
İçimdəki həvəs bərk yatmışdı
Getdiyim yolları qayıda bilmədim
Qayıdan başı mən tək qalmışdım

Başımın ağrısı ürəklə eyni
Üstünə kapyuşon geyinirdim mən
Bu günümün əməli dünənlə eyni
10 il əvvəl belə eyni idim mən

İndi içim soyuq küləklə eyni
Üşütmələrdən deyinirdim mən
İçimdəki azdığım ürəylər eynidir
Bilmirdim orda neynirdim mən

Gələn təzə ili uğurla açdım
Yeni ilin günəşi hər simə dəydi
Ölüm dəryasından uğurla qaçdım
İlk dəfə qalib nəfsimə gəldim

İlk həftələrdə ürəyim sancdı
Ürəkdə ağrılar əksimə gəldi
Yaxşısı budur heç ürəyimi açmayım
Ürəyimi açmayım hər kimə gəldi

Bu bədən çoxdan ruhdan bezib
Dəyib bıçaq, güllə, rezin
Ruhdan düşdüm ruhdan gəzib
Günü-gündən qəlb ruhdan əzik

Qoydum balışı üstünə relsin
Boğaza kəndir, üstümə benzin
Dəli şeytan çiyin üstümə ensin
Üzümə vurmasın, üzümə desin

Gəlmişəm bir ömür bir dənə üzlə
İnanmırsız sizə Mahmud desin
Gəlmişəm önünə bir dənə düzlə
Sən 4 səhvlə kürəyimi kəsib

Atdın mənə qara bəxtə əsir
Xatirələr də ürəkdə əsir
Otaqda saatlar tik tak eləyir
Ondan bərk gəlir ürəyimin səsi

20 gündən çox çıxmadım evdən
Olmadı istək çıxmağım evdən
Söz verdim uzaq olacam kefdən
Tapmadım heç nəyi üstün evdən

Apardı küləklər tüstü evdən
Pəncərədən üzü hündür evlərə
Çox səbəbsiz yerə küsdüm evdən
Küsmədi məndən mənimlə evlənən

Bu mahnı ölü bədən gəzdirirdi
Pis depressiyanın bir təsiridir
Bu mahnı mənə çox təsir edir
Psix depressiyanın bir əzəlidir

Bu mahnı məktəb öyrətmədiyi
Pis vərdişlərin təhsilidir
Bu mahnı heç kimə göstərmədiyim
Qara hеkayəmin əslidir

Səhv atdığım addımı qaytartdım
Bu düz atdığım addımın bənzər idi
Bu şeytanın bizə bəd nəzəridir
Bəlkə də tanrının ən pis qəzəbidir

Bu kəsildiyin fənlərin bənzəridir
Bəlkə də içimdə insafın kəsiridir
Bu mahnı şəxsi xatirəm kimi
Bütün xoş xatirələri təkzib edir

Nəsə enеrjim azdır
Çox adam yaşayır belə şeylər
Çox adam yaşayır, amma heç kim yazmır
Elə yaxşı ki, yazmışam

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio