Faiq Ağayev - Ayrılma Məndən mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Ayrılma Məndən mahnı sözləri lyrics]

Çarəsiz dərdimin dərmanı sənsən
Çovğunlu qışımın baharı sənsən
Bu dəli könlümün nübarı sənsən
Allahı sevirsən, ayrılma məndən!

Gəl, qurtar canımı eşq bəlasından
Əl çəkim hicrinin qəm yaxasından
Bir huri-mələksən, can əlasından
Allahı sevirsən, ayrılma məndən!

Yalanı yandırma sınaq odunda
Həsrət atəşində, çıraq odunda
Onsuz da yanıram fəraq odunda
Allahı sevirsən, ayrılma məndən!

Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!

Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!

Zavallı eşqimdən sanki bezirsən
Mənim taqətimi niyə kəsirsən?
Səni sevdiyimi, vallah, bilirsən!
Allahı sevirsən, ayrılma məndən!

Qorxursan isinib, ayrılmayasan
Qorxursan sevinib, ayrılmayasan
Qorxuram röyadan ayılmayasan
Allahı sevirsən, ayrılma məndən!

Yalanı yandırma sınaq odunda
Həsrət atəşində, çıraq odunda!
Onsuz da yanıram fəraq odunda
Allahı sevirsən, ayrılma məndən!

Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!

Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!

Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Ayrılma məndən
Allahı sevirsən, ayrılma məndən!
Allahı sevirsən, ayrılma məndən!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio