Faiq Ağayev - Biləydin Kaş mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Biləydin Kaş mahnı sözləri lyrics]

Baxışınla vurdun məni naz edib, yordun məni
Sənsizlikdə gördün məni
Mən kimi qalaydın kaş!

Qəlbi dərdə salan yerdə məni yad bilən yerdə
Eşqimi alan yerdə canımı alaydın kaş!

Giley dolu sözlərimi ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?

Qurban olum, gülüm, sənə dönübsən aya, günə
Tək xatirən qalıb mənə ömrümdə qalaydın kaş

Gözüm dolan gecələrdə qəm olan gecələrdə
Tək qalan gecələrdə yuxuma gələydin kaş

Giley dolu sözlərimi ürəyin kaş biləydi
Qan ağlayan gözlərimi əllərin kaş siləydi

Ey gülüm, sevgilim, əzizim
Mən sənsiz söylə necə dözüm?

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio