Faiq Ağayev - Qərib Gecədə mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Qərib Gecədə mahnı sözləri lyrics]

Gülüm, səsləmə, geri dönmərəm
Yüz yol dindirsən, mən dinmərəm
Bil ki, sevmirəm geri baxmağı
Sənli xatirəm - bir göz dağı

Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi,  siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz

Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır

Heçdən bezmişəm,  bir ümidim yox
Vəfasız dostla bir işim yox
Gəl, sus, oyatma, xatirə yatsın
De, axı nə üçün o oyansın?

Küləklər söyləyin, siz bilirsiz
Niyə zildən belə coşur dəniz?
Duyub həsrətimi, siz deyirsiz
Ayrılıq nəğməsi qoşur dəniz

Qərib gecədə necə həvəslə
Suda ulduzlar əksini tapır
Ümid xəyalım dönür həsrətə
Tənha ulduztək səmadan baxır

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio