Faiq Ağayev - Xalq Heydər Söyləyəcək mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Xalq Heydər Söyləyəcək mahnı sözləri lyrics]

Gözlərində açılır bu millətin səhəri
Sənin adınla bağlı bu xalqin hər zəfəri
Qədəmin dəyən yerdə səhralar da gül açır
Gülüstana çevrilir yurdun kəndi, şəhəri

Günəş doğur elə bil, harda çəkilir adın
Dosta fəxarət gəlir, gözü kor olur yadın
"Azərbaycan" deyəndə səni düşünürük biz
Azadlığı, inamı xalqa sən bağışladın

Sən elə bir zirvəsən küləklər neyləyəcək?
Dünənim, bu günümsən səninlədir gələcək

Nə qədər Azərbaycan nə qədər bu millət var
Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Sən bu çətin zamanda - gücümüz-qüvvətimiz
Sən bizim bu dünyada ən böyük sərvətimiz!
Millətin imzası var imzaların içində
Sənə halaldır, halal, ülvi məhəbbətimiz!

Sən elə bir zirvəsən küləklər neyləyəcək?
Dünənim, bu günümsən səninlədir gələcək

Nə qədər Azərbaycan nə qədər bu millət var
Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Sən elə bir zirvəsən küləklər neyləyəcək?
Dünənim, bu günümsən səninlədir gələcək

Nə qədər Azərbaycan nə qədər bu millət var
Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

Heydər - xalqım deyəcək
Xalq - Heydər söyləyəcək!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio