Zamiq Hüseynov, RG, Nadir Negd Pul - Qoy Ağlasın mahnı sözləri (lyrics)
[Zamiq Hüseynov, RG, Nadir Negd Pul - Qoy Ağlasın mahnı sözləri lyrics]
İşləyirsən qız qanıma
Birgə de, bəlkə də bu söz bizi bərkidə
Səni küləyə belə qısqanıram
Dəyməsin sənə gilavar, xəzri
Bu davalar deyil şəxsi qərəzli
O qəlbin bir qəfəsi var, mən əsiri
Yenə bilmədin qürurunu, tələsdin
Qal ya da get, vicdanla get
Bu gedişlə məni candan et
Yox, qal, həyatımı skandal et
Sənə kim dedi gül camalını mənə qandal et?
Həmən gündən yatmısan
Seç, doğmamısan mənə, yadmısan
Bilmirəm, amma batanda gözlərinə
Məni heçkim ordan dartmasın
Qoy ağlasın göylər, sən hardasan söylə
Sənsiz bu ürək tək sənin adınla döyünər
Və ruhuma ölmə, bu sevgini bölmə
Gedirsənsə dönmə, ağlasa da göylər
Səni yuxudan oyadaram yenə qayıdaram
Ama nağıllarla yox aram
Çox deyirdin ki çağıraram çağır, gəlim ora
Amma yenə sağalmaz yaram
Məncə artıq gec, bax və keç boşdur bu ürək
Sənli, sənsiz heç bu həyat sevgi nəyə gərək?
Məncə artıq gec, bax və keç boşdur bu ürək
Açılsın bəyaz bir vərəq
Qoy ağlasın göylər, sən hardasan söylə
Sənsiz bu ürək tək sənin adınla döyünər
Və ruhuma ölmə, bu sevgini bölmə
Gedirsənsə dönmə, ağlasa da göylər
Aç gözlərini, ruhuma bax
Dünən gəlmişdin yuxuma, bax
Uzaqdaydım sənə çata bilmədim
Və yenə tər içində oyanıb yata bilmədim
Şahzadə də ola bilmədim
Düzdür, ağ ata da minmədim
Cibim bilmir ki, 100 nədir, 1000 nədir
Mənim nəyimə lazımdır sənin belə minnətin
Çıx get, sənə yol açıq
Elə düşünmə ki, gözlərəm sənə qol açıb
Sənsiz yaşarayam, guya nə olacaq?
Görüm haralara gətirəcək bu acıq?
Baş qaçır, rədd ol dedim, çox açıq
Səni indi görməyim də məni çox sancır
Sənə qalmayıb inancım, dəstəyi qoy, rədd ol
Qoy ağlasın göylər, sən hardasan söylə
Sənsiz bu ürək tək sənin adınla döyünər
Və ruhuma ölmə, bu sevgini bölmə
Gedirsənsə dönmə, ağlasa da göylər