Elnarə Xəlilova - Bir Də Gəl mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Bir Də Gəl mahnı sözləri lyrics]

Yenə gəl, yenə gəl, sonra yenə get
Bir də görüm səni, bir də vidalaş
Yenə küsüm səndən, yenə barışım
Bir də həyatıma gəl yavaş yavaş

Yenə gəl, bir də gəl, sonra yenə get
Bir də görüm səni,  bir də vidalaş
Yenə küsüm səndən,  yenə barışım
Bir də həyatıma gəl yavaş yavaş

Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç

Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç

Yenə nağıllara inandır məni
Bir də biri varın, biri yox olsun
Yenə ruhumuzla şəkil çəkdirək
Bir də o şəkildə diri çox olsun

Yenə nağıllara inandır məni
Bir də biri varın, biri yox olsun
Yenə ruhumuzla şəkil çəkdirək
Bir də bu şəkildə diri çox olsun

Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək

Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək

Bir də gəl bir də gəl
Bir də gəl öpüm gözlərindən

Bir də o sevginin dəlisi olum
Bir də gecələrin pərdəsini aç
Yenə günəş kimi asıl gözümdən
Bir də bu dünyadan azadlığa qaç

Bir də göydən yerə üç alma düşsün
Bir də payımızı bölüşə bilək
Bir də qəfil yuxu aparsın səni
Bir də birdən oyan, görüşə bilək
Görüşə bilək

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio