Elnarə Xəlilova - Sənin Olaram mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Sənin Olaram mahnı sözləri lyrics]

Şimşək olub çaxaram, yağış olub axaram
Atəşini, odunu ürəyimə taxaram
Dəniz kimi coşaram, sənə nəğmə qoşaram
Sən yuxuma gəlməsən, sahilləri aşaram

Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram, olaram
Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram

Nəğmə kimi ötərəm, harayına yetərəm
Sənin könül bağında bülbül kimi ötərəm
Büllur olam, ağ olam, ucalaram dağ olam
Necə sən varsan, mən də ömrüm boyu sağ olam

Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram, olaram

Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram

Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram, olaram

Bulud, bulud kimi dolaram göylərində qalaram
Yenə sənin olaram

Yenə, yenə sənin olaram
Yenə, yenə sənin olaram

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio