Elnarə Xəlilova - Vətən Sağ Olsun mahnı sözləri (lyrics)

[Elnarə Xəlilova - Vətən Sağ Olsun mahnı sözləri lyrics]

İgidlər, ərənlər yaşayan eldə
Firavan bir ömür sürməkdən ötrü
Əzm, fədəkarlıq göstərmək gərək
Bəxtiyar, xoş günlər görməkdən ötrü
İgid oğlanların gücü, qüvvəti
Gözəl qızlarımın abır, isməti
Ali komandanın sülh siyasəti
Dünyaya tanıtdı bizim dövləti
Bizim dövlətdi, bizim dövləti

Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: "Vətən sağ olsun"
Bizim and yerimiz Vətən sağ olsun

Sarılıb silaha igidlərimiz
Sərhədlər boyunca səngərlər qurur
Üç rəngli bayrağa and içən əsgər
Xalqın keşiyində müsəlləh durur
Bu millət çox dözüb, artıq bəsidir
Artıq səbrimizin son nöqtəsidir
İntiqam almağın vaxt-vədəsidir
Ucalan səsimiz haqqın səsidir
Haqqın səsidir, haqqın səsidir

Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: "Vətən sağ olsun"
Bizim and yerimiz Vətən sağ olsun

Ölkəmiz olacaq xoşbəxt, bəxtəvər
Müzəffər ordumuz çalacaq zəfər
Hamımız bu yolda göstərək hünər
Deyək hər birimiz: "Vətən sağ olsun"
Bizim and yerimiz Vətən sağ olsun

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio