PRoMete - Papa mahnı sözləri (lyrics)

[PRoMete - Papa mahnı sözləri lyrics]

Səni heç vaxt itirməkdən qorxmamışdım
"Dünyanı tutub durmalıdır bu
Adam" – düşünürdüm bacı zəng edib ağlayanda
 yoxluğunu anlamışdım
Əynim qalın idi,  amma yaman üşüyürdüm
O yolu necə sürdüm,  o gecə düşür yadıma
Çatmaq istəyirdim yanına ki
Eşidim son sözlərini
Amma ki, zaman bizi saldı ayrı bir dəfəlik
Girəndə mən evə
Əbədi yummuşdun sən gözlərini
İndi vecimə deyil qafiyələr, ya da üslub
Yoxluğun diqtə edir yazdığım bu sətirləri
Heç bilirsən
Sən gedəndən mamamız gül tək solub
Amma ki, güllərin də heç vaxt itmir ətirləri
Hər küləkdə
Hər yağışda düşürsən sən yadımıza
Biz isti otaqlarda sən isə soyuq torpaq altda
Boğur qəhər anlayanda bu
Treki dinləməyəcəksən bu arada Sofiya da
Ramiz babanı çıxarmır yaddan

Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan

Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan

Yadıma düşür, birgə uzanıb tavana baxmağımız
Hamının atası ata
Mənim atam isə hər vəziyyətdə dost
Böyük zövq idi səninlə bu cür danışmağımız
Müzakirələr, kitablardan
Musiqidən və yaxud HOST
Deyərdin, "qazandıqların hədiyyədir
Onların qədrini bil
Bu həyatda bir məcburiyyətin var, o da ki
Ailən" bu gün
Sənin yoxluğundan keçir artıq yarım il
Sən getmisən
Amma möhkəmdir bizimçün qurduğun aləm
Haqqında danışmaq çətindir keçmiş zamanda
Sağalmayan yara yoxdur
Hər şey sağalır zamanla
Görməyi sən öyrətmisən, hətta müsbət yamanda
İndi təbəssüm gətirir xatirən, sənli o anlar
O qədər hisslər var ki, sözlərdən aşıb keçər
Anlaşılmazdır zaman niyə insanları
Ayrı salır ki!?
Sənin yerini qoxunu sözünü axı nə əvəz edər!?
Ruhunun şadlığın diləməkdən başqa
Nə qalır ki!?

Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!?
Eşidirsənsə işarə ver oralardan

(Ramiz İsaqovun oğluna whatsapp audio mesajı)
Pərviz, sənə mənə qurban olum… Bilirsən ki
Papa səni nə qədər
Istəyir, qurban olsun sənə ata!?
Allah sənə ömür versin
Can sağlığı versin… Sofişivi elə böyüdəsən
Ki, ürəyin necə istəyir
Elə bir bala alınsın… bütün
Nəslimizin üz ağı olsun, ata qurban olsun

Geriyə gətirmir səni dualar da
Sən indi hardasa uzaqlarda
Səsimiz eşidirsənmi görəsən!? Eşidirsənsə

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio