PRoMete - Stop kadr mahnı sözləri (lyrics)

[PRoMete - Stop kadr mahnı sözləri lyrics]

Gün ərzində günəşi izləyən
Kölgələr kimi sənə görə dəyişkən
Ya da ömründə yağışı bilməyən
Səhra qumları kimi sənə həris mən

Ovuclarında yuva qurum və
Tərləyəndə ətrindən huş it'sin
Hər şey çox yaxşıdır, amma ki
İstərəm ki, elə indi bit'sin

Dursun, qoy vaxt donsun əqrəblər yerində
Gəldinsə yanıma tutdunsa əlimdən

Dursun, qoy vaxt donsun əqrəblər yerində
Gəldinsə yanıma tutdunsa əlimdən

Söz dinləmir bu fikirlər
Elə hey yanına qaçıb gedirlər
Həqiqəti dəyişmir bu illər
Sevginlə bütövləşir şəkillər

Biraz uzaq qal, yoxla bəlkə heç
Darıxmırsan, demək onda boş
Səninlə bir saniyəlik əl-ələ
Bir ömür süni gülüşdən xoş!

Dursun, qoy vaxt donsun əqrəblər yerində
Gəldinsə yanıma tutdunsa əlimdən

Dursun, qoy vaxt donsun əqrəblər yerində
Gəldinsə yanıma tutdunsa əlimdən

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio