Aygün Kazımova, Namiq Qaraçuxurlu - Dedi qodu mahnı sözləri (lyrics)
[Aygün Kazımova, Namiq Qaraçuxurlu - Dedi qodu mahnı sözləri lyrics]
Sevgi məhəbbətindən danış nəsə
De ki, o bizim sirli xəzinəmizdir
Bizdən başqa aid deyil heç kəsə
De ki, o bizim sirli xəzinəmizdir
Bizdən başqa aid deyil heç kəsə
Sən danışırsan çoxalır dedi-qodu
Sən danışırsan çoxalır dedi-qodu
Sən danışırsan çoxalır dedi-qodu
Sən danışırsan çoxalır dedi-qodu
Yığışdır bu qaş-qabağı
Səsini bir az sal aşağı
Səbirli ol, yavaş danış yerində var qulağı
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Haqqında qonşularda söz salırsan
Yalan yalan məlumatlar alırsan
Çöldə dinlədiklərin azmış kimi
Evdə də telefondan asılı qalırsan
Çöldə dinlədiklərin azmış kimi
Evdə də telefondan asılı qalırsan
Səndə şübhələr yaradır dedi-qodu
Səndə şübhələr yaradır dedi-qodu
Hər işimiz yaxşı gedir
Tək bu məni narahat edir
Sənin həyəcanlanmağının anlamıram
Səbəbi nədir
Sənin həyəcanlanmağının anlamıram
Səbəbi nədir
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Bəd fikirlər əgər qalsa başında
Ömrü verərsən bada gənc yaşında
Pis danışan yaxşılıq üçün danışmaz
Dinləsəndə saxlama yaddaşında
Pis danışan yaxşılıq üçün danışmaz
Dinləsəndə saxlama yaddaşında
Sevgimiz artdıqca artsın dedi-qodu
Sevgimiz artdıqca artsın dedi-qodu
Artsada söz-söhbətimiz
Amma da birdir niyyətimiz
Həm sevilib, həm sevirik
Əbədidir məhəbbətimiz
Həm sevilib, həm sevirik
Əbədidir məhəbbətimiz
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Səni məndən ayırmasın dedi-qodu
Qoyma bizi yandıra hicran odu
Geniş izahat əlavə edin
Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!
Sözlərə ən son əlavə edilmiş izahatlar