Faiq Ağayev - Mehriban mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Mehriban mahnı sözləri lyrics]

Sən pərisən, ya mələk xoş arzusan, xoş dilək
Gülüb danış beləcə baxıb sənə sevinək

Ətir saçan o səsin aləmə nur çiləsin
"Ata, ana" deyəndə ürək coşsun, titrəsin

Xoşdur sözün, gülüşün xoşdur körpə öpüşün

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

Anan gələr səsinə sığal çəkər telinə
Atan deyər, can qızım qurban şirin dilinə

Qızıl gülə batasan boya başa çatasan
Xoşbəxt günün birində gözəl gəlin olasan

Yoxdur xumar gözündən yoxdur sənin özündən

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman
Mehribanım, Mehriban şirin balasan yaman
Qorusun ulu Tanrı səni hər an, hər zaman

üçün izahat

İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio