Faiq Ağayev - Novruzum mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Novruzum mahnı sözləri lyrics]

Gül-çiçəklər bürüyər dağı, çölü, çəməni
Süfrələri bəzəyər yaşıl telli səməni
Arzu-istək gizlənər süfrələrin şamında
Sevinər ana yurdum bu bayram axşamında!

Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!
Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!

Bizə sevinc gətirər durnalar qatar-qatar
Qonşu qapılarına uşaqlar papaq atar
Hamı tələsər bu gün öz yurduna-evinə
Xoş gəlmisən, Novruzum, Azərbaycan elinə!

Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!

Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!

Bu Novruz bayramında hər bir ürək şən olar
Unudular kin-nifrət, gün gecəylə tən olar
Hər evə, hər ocağa ruzi-bərəkət gələr
Novruzun gəlişini el həsrətlə gözləyər!

Sevinir ana yurdum haydi, yallı gedək!
Xoş gəlmisən, Novruzum qədəmlərin mübarək!

Sevinir ana yurdum haydi, yallı gedək!
Xoş gəlmisən, Novruzum qədəmlərin mübarək!

Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!

Tonqallar alovlanır hər evdə gözəl xonça
Bu gün el bayramıdır deyib-gülək doyunca!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio