Faiq Ağayev - Düşün, İnsan mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Düşün, İnsan mahnı sözləri lyrics]

Təzadlı dünyaya uyarsa bəşər
Bu yer üzündə insan qismətinə
Duman, çən düşər
Ağ saçlı dağların zirvəsindən
Məğrurluq gen düşər
Yalanlar həqiqəti təslim edər
Görünməz çarşablı iblislər
Şər işindən sevinər mərd öldürən namərd
Nahaq qandan öyünər i̇lahi, bu aha, fəryada
Göylərdə günəş sönər

Aman, aman! Dayan insan düşün bir an
Hara axır zaman?

Sürünən kölgələr bir həqiqət tək
İnsan ürəyinə yollar tapar, ey fələk
Ey fələk! Qəlbləri əsarətdən xilas etməyə
Sən elə kömək
Günahsız qurbanlar aldığı yetər!
Bəlkə övladlar dərd görməmişdir bundan betər
Son bir ümidi də məhv edər zalım kədər
İlahi, yaratdığın aləm heçnədən olar hədər

Aman, aman! Dayan insan düşün bir an
Hara axır zaman?

Aman, ay aman! Dayan insan düşün bir an
Hara axır zaman? (Zaman, Zaman, Zaman)
(Zaman)

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio