Faiq Ağayev - Fani Dünya mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Fani Dünya mahnı sözləri lyrics]

Əzəl gündən bu dünyada
Sevinc, kədər qoşa olar
Zaman atlı, biz - piyada
Çətin çatıb, ötən olar
Dünyanın gül bağçasında
Köksü al-qan laləsi var
Bahar ömrün xəzanında
Ərşə qalxan naləsi var!

Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən də sən fanisən
Həqqi danan, yalan dünya!
Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən də sən fanisən həqqi danan dünya!

Dinib bəmdə, gah da zildə
Quzutək mələdən sənsən
Sultan olsaq əgər göydə
Hökmünlə endirən sənsən
Kimə cənnət, kimə dövran
Kimiuə qəfəssən dünya
Huri mələyi, dişi aslan
Çarşablı iblissən, dünya!

Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən də sən fanisən
Həqqi danan, yalan dünya!

Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən də sən fanisən həqqıi danan dünya!


Ey, dünyadan beş əlli yapışan nadan
Bu şah qamətini zaman əyəcək
Dünya sənə də qalmaz
Eləmə güman, büdrəyib yıxılsan
Hamı güləcək, hamı güləcək!

Görən kimlər keçdi səndən
Canlar yola salan dünya?
Fanidən də sən fanisən
Həqqi danan, yalan dünya!

Görən kimlər keçdi səndən
Canlar yola salan dünya!
Fanidən də sən fanisən həqqi danan dünya!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio