Faiq Ağayev - Mənimləsən mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Mənimləsən mahnı sözləri lyrics]

Talehin yazısı yəqin beləydi
Sənsizlik qapını döydü xəbərsiz
Kaş bütün gedənlər geri dönəydi
Bilirsənmi necə darıxdım sənsiz?

Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni

Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən

Yazını pozmağa gücüm yetmir heç
Sənsiz ötən günlər – qəmli sınağım
Bu hicran, bu həsrət çıxıb getmir heç
Səninlə yanırdı ömür çırağım

Hər zaman ürəyim sənlə danışır
Sənli xatirələr yaşadır məni
Sönməyən ocağın közü alışır
Bir möcüzə kimi gözlərəm səni

Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən
Dünyamız ayrı olsa belə
Elə bilirəm ki, dönəcəksən

Dön, gəl sənsiz qalan bu ömrümə
Dön, gəl, əgər dönə bilsən
Dünyamız ayrı olsa belə
Qəlbim səninlədir, mənimləsən mənimləsən

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio