Faiq Ağayev - İçərişəhərin Küçələri mahnı sözləri (lyrics)

[Faiq Ağayev - İçərişəhərin Küçələri mahnı sözləri lyrics]

Eşqimin beşiyi, ey qədim şəhərim
Ruhuma yaxındır köhnə küçələrin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin

Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir

Qala divarları görüşlər görmüşdür
Vurulan yaraları övladlar hörmüşdür
Hər döngən, tinindən zamanlar ötmüşdür
Eşqimin beşiyi, ey qədim şəhərim
Hər döngən, tinindən zamanlar ötmüşdür
Eşqimin beşiyi, ey qədim şəhərim

Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir

Eşqimin beşiyi, ey qədim şəhərim
Ruhuma yaxındır köhnə küçələrin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin
Saçımı oxşayır sərin küləklərin
Böyük sevgisisən saysız ürəklərin

Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir

Xoş xatirələrim səninlə bağlıdır
Qayğısız gəncliyim sinəndə qalıbdır
Yağışlı payızın, çiçəkli baharın
Sənin üçün əzizdir, mənim üçün əzizdir
Sənin üçün əzizdir, mənim üçün əzizdir

Eşqimin beşiyi, ey qədim şəhərim!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio