Faiq Ağayev - Unutma Məni mahnı sözləri (lyrics)

[Faiq Ağayev - Unutma Məni mahnı sözləri lyrics]

Yenə gəldi sonsuz, sahilsiz gecə
Necə tab gətirim mən bu ağrıya?
Yalqız qalmağıma mən dözüm necə?
Sənsiz bənzəyirəm ulduzsuz aya

Yalqız qalmağıma mən dözüm necə?
Sənsiz bənzəyirəm ulduzsuz aya

Unutma məni,  yar, məni unutma
Şirin yuxularda xatırla məni
Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni
Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Gecələr yuxuma qatılır haram
Duyğular səninlə, könül səninlə
Ulduzlar içində səni araram
Döyünər ürəyim məhəbbət ilə

Ulduzlar içində səni araram
Döyünər ürəyim məhəbbət ilə

Unutma məni, yar, məni unutma
Şirin yuxularda xatırla məni
Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Unutma məni unutma məni
Unutma məni unutma məni

Arzular şirindir, diləklər həzin
Nolardı ki, səni yenə görəydim?
Gəl, ayrılıq izini qəlbimdən sil
Uzat əllərini mənə, sevgilim

Gəl, ayrılıq izini qəlbimdən sil
Uzat əllərini mənə, sevgilim

Unutma məni, yar, məni unutma
Şirin yuxularda xatırla məni
Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Unutma məni, yar, məni unutma
Şirin yuxularda xatırla məni
Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni

Unutma məni, yar, məni unutma
Dalğın xəyallarda xatırla məni
Şirin yuxularda xatırla məni
Dalğın xəyallarda xatırla məni

Unutma məni, yar sevirəm səni, yar!

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio