MadTeen, Efendi - Efendi mahnı sözləri (lyrics)

[MadTeen, Efendi - Efendi mahnı sözləri lyrics]

Səni sıxsa bu şəhər, çıxaq buradan
Lap qaçaq uzaq yurda
Qoy axtarsınlar onlar
Bir sən, bir mən orada

Aç qanad, uçaq buradan
Lap qaçaq uzaq yurda
Qoy axtarsınlar onlar
Bir sən, bir mən orada

Bu boş şəhərcikdə gözlərin
Necə gözəl sevir məni
Qorxular ürəyimdə
İnadım rahat buraxmır məni

Yad gözlər önündə
Necə əllərimi uzadım sənə?
Sənin sözlərinlə
Qəlbim isinir sənin sözlərinlə

Birdəfəlik gedək uzağa
Ruhum bu sevgiyə qoyur qadağa
Söz ver mənə, bu sevgi qala
Birdəfəlik gedək buradan uzağa

Birdəfəlik gedək uzağa
Ruhum bu sevgiyə qoyur qadağa
Söz ver mənə, bu sevgi qala
Birdəfəlik gedək buradan uzağa

Sən mənə özəl, sən mənə gözəl
Elə darıxıram ki, saçlarına bürünəm
Soyuyub havalar, dəyişib fəsillər
Sən sanki möcüzəsən soyuqda da isidən

Sən sanki kainatın mənə olan əsərisən
Sən əbədisən, mənim güzgümsən, əksimsən
Mənimlə hazır ol hər şeyə, aparım uzaq
Bu hekayə qəhrəmanı ikimiz olaq

Aç, Əfəndi, pəncərəni
Görə bilim qara gözlərini
Qoxun gətirdi qapına sənin
Gəl, əl-ələ gəzək Bakı küçələrini

Aç, Əfəndi, pəncərəni
Görə bilim qara gözlərini
Qoxun gətirdi qapına sənin
Gəl, əl-ələ gəzək Bakı küçələrini

Səni sıxsa bu şəhər, çıxaq buradan
Lap qaçaq uzaq yurda
Qoy axtarsınlar onlar
Bir sən, bir mən orada

Aç qanad, uçaq buradan
Lap qaçaq uzaq yurda
Qoy axtarsınlar onlar
Bir sən, bir mən orada

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio