Puzzle (AZ), PRoMete - Güclülərin Mahnısı 3 mahnı sözləri (lyrics)

[Puzzle AZ, PRoMete - Güclülərin Mahnısı 3 mahnı sözləri lyrics]

Mənim bir evim var onu
Içimdə əllərimlə tikmişəm, daxmadı
Mənim ümidim var: Yolu keçib sonda bilim
 suallar saxtadı mənim kədərim var neçə gecə
Özümü asmamaqçün çalışdım
Mənim hədəfim var: içimdən gəldiyi kimi edib
Rap'imlə yarışım (Eyo)
Hisslərə sərhəd yoxdu, amma dünyada var
İnsanları bölmüşəm dünyalara
Kainat olsa dəniz, dünya batar
O batsa dalarıq röyalara
Söylə, amma səmimi ol
Həmin kino - yenə həminki yol
Ganja var məndə, paxıl deyiləm
Əgər istəsən olsun səninki o
Şəkil və bütünəm!
Həyat yaşıl ganja, mənsə tütünəm
Hisslərini ütülə və geyin əyninə şah
Şam İşığında'n bu tərəfə hələ ərimədi şam
Axını üzə bilər tərsinə, güclü!
İçimdəki musiqi hər simə düşmür
Hər səhər üçün yeni, pozitiv ruh halı
Şərt deyil, şəndi öz'lüyündən çoxalır
A ye! Sözlə arıyam, soxuram!
A, B - bizdə variant çoxalar
"Abi, dünya yaşanılmazdı" demə
"yaşım azdı" deyən Vampir!
Bro qaçıb gizlənmisən, hə?
Bəs, öz'ündən hara qaçıb gizlənəcəksən?
Həyat polisdi, sən gizlənərək çək
Üçüncü hissədə güc mənə rəhbər
Etmirəm bu işi mən giclərə, hərçənd
Güclülərin mahnısı güclənəcək hələ
Gec gələrək (sən) tələsmiş oldun
Yaşamağa meyilli insanlara noldu?
Yarıda qoyma, yola davam hələ!
Yol beat'di, mən verse - sonuna var hələ
Oyunda var tələ, ehtiyyatlı ol
Hissə güc verəndə olur sənin ehtiyyatın ноль

Güc birlikdədisə, o zaman təkliyindən yaran
Soruş öz'ündən: "Birlik nədi?"
Və qocalıb, təkliyinlə çoxal
İnan ki, bacara bilərsən - çalışsan
Həyat axıb gedir, sənsə yarış san
Yarış, qazan (amma) ölənə yaxın anla:
"Qazanmaq yaxşıdı, çoxalıransa"

Dedilər mənə "artır illərlə məntiqin gücü"
Amma məndə artır suallar
Dedilər mənə "baxışlarınla
Xatırladırsan ülgücü"
Mənsə baxaraq axtarıram cavablar
Nəyə görə burdayıq və kimik biz?
Əgər ölüb gediriksə, nəyə gərək iz?
Sonu eynidirsə bütün hallarda hamının, onda
Niyə axı hər kəs çökmür diz?
De, düz nədi, səhv nədi, amma de dəqiq
Bro, biz beləyik, konteksdən asılı
Dəyişmir cəmi toplananlar, amma dəyişir
Hasili sıfır olsa, silir
Bəzən yumuruq güclüdür, bəzən göz
Bəzən bizə "döyüş" deyirlər, bəzən "döz"
Soruşan da yoxdur "nədi axı fikrin?"
Ona görə məcburuq, yazırıq söz
Bu tüpürcək yarışı kimidir
Tüpür uzağa qalacaqsan yadda (Yadda)
Bircə qaydası var bu yarışın:
"Ya birincisən, ya da altda!" (Ən altda)
Bəli, elə buna görədir ki
Məktəbdə gündəlik var (ki yığasan özünü)
Amma unutma, hər bir sistemdə bir dəlik var
(ki dağıdasan özülü)
İçindəki o səsi bələdçi tut
Heç vaxt buraxma və unutma!
Ola bilər çox göstərərlər sənə həqiqət kimi
Amma gizlədirlər düzünü

Güc birlikdədisə, o zaman təkliyindən yaran
Soruş öz'ündən: "Birlik nədi?"
Və qocalıb, təkliyinlə çoxal
İnan ki, bacara bilərsən - çalışsan
Həyat axıb gedir, sənsə yarış san
Yarış, qazan (amma) ölənə yaxın anla:
"Qazanmaq yaxşıdı, çoxalıransa"

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio