Zəfər Gülləri, Eldəniz Məmmədov - Zəfər Gülləri mahnı sözləri (lyrics)

[Zəfər Gülləri, Eldəniz Məmmədov - Zəfər Gülləri mahnı sözləri lyrics]

Oğuzun nəslindənik, bu torpaqda cücərmişik
Döyüşkən türklərik, həm də səmavi dərvişik
Qayası ritmimiz, küləyi nəğməmiz olan
Alovlu torpağıtək oduna qan isitmişik
Xəritəyə diqqət elə, burda hər yer xəzinə
Hər oba ayrı adət, hər şey məxsus özünə
Olmayıb, yoxdur, yaşamır mənən kasıblar
Döy istədiyin qapını, gülüş açılsın üzünə
Son parçasını süfrəyə qoymaq zənginlikdir
Şərqi, qərbi, şimalı dərin ənginlikdir
Qara bulud çəkilmir, cıdırda yox köhlənlər
Xankəndində bu aralar bir az gərginlikdir
Tarixi yazanların torpağındasan unutma
İndi qəhrəmanlıq yox, hərəkətin vaxtıdır
Dəmiri isti-isti döyərlər, amma tələsmə
Hər şey zamanında və yerində yaxşıdır

Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm

Bizdən əl istəyənə qolumuzu verərik
Son parça çörəyimizi, unumuzu verərik
Girərsən oturarsan süfrəmizin başında
Haqqımıza girərsən, səni tarixdən silərik
Bilməyənlər də bildi türk oğlunun mərdliyini
Talışın, tatın, avarın, ləzginin sərtliyini
Azərbaycan torpaqları qucaq açıb hər kəsə
Sinəyə çəkir hamı burda havayla vətən iyini
Bayrağı namus sayan insanların arasında
Çətin taparsan geri qaçanları döyüşdən
Heç bir işimizi biz buraxmarıq yarısında
Unutma bunu bizimlə olmaq istəsən düşmən
Qərinə keçdi, amma silinmədi yaddaşdan
"Qisası qiyamətə qoymarıq" dedik, gəldik
Əsgərim gücünü alır bu torpaqdan daşdan
Vətənin görüşünə düşməni dəldik gəldik

Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm

Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm

üçün izahat


İzahat əlavə edin

Geniş izahat əlavə edin

Sənətçinin nə oxuduğunu bilirsinizsə, «xəttlər arasında» görməyi və mahnı tarixini bilsəniz, mətnin təfsirini əlavə edə bilərsiniz. Redaktorlarımızı yoxladıqdan sonra onu mahnının rəsmi şərhi olaraq əlavə edəcəyik!

Sözlərə ən son əlavə edilmiş izahatlar

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio