Aqşin Fateh, Pərviz Bülbülə - Uşaq kimi mahnı sözləri (lyrics)
Aqşin Fateh
Pərviz Bülbülə
[Aqşin Fateh, Pərviz Bülbülə - Uşaq kimi mahnı sözləri lyrics]
Mən birinin dərdindən ah-vay etdim
Ömrümü o vəfasıza pay etdim
Mənim üçün ağlayan gözə nə oldu
Deyəmmədim axır bizə nə oldu
Mən də birin sevdim mələk sanardim
Gecə gündüz fərağından yanardım
Onu görəndə əl ayağım əsərdi
Nəsə deyəndə nəfəsimi kəsərdi
Sən də yandın mı? Heç havalandın mı?
Sən də yandın mı? Heç havalandın mı?
O nə dedi uşaq kimi sən də inandın mı?
Nə söylədi uşaq kimi sən də inandın mı?
İndi bir əllərimdi bir ətəyim
Onu məndən soranlara nə deyim
Necə deyim gülüm saraldı getdi
Məni mənim əlimdən aldı getdi
Daha nə arzum var nə bir diləyim
Nə bir əlacım var nə bir köməyim
Elə bir dərd var ki, danışmaq olmaz
Küsərsən özünlə barışmaq olmaz
Sən də yandın mı? Heç havalandın mı?
Sən də yandın mı? Heç havalandın mı?
O nə dedi uşaq kimi sən də inandın mı?
Nə söylədi uşaq kimi sən də inandın mı?