Ayaz Babayev - Ay Tənli Qadın mahnı sözləri (lyrics)
[Ayaz Babayev - Ay Tənli Qadın mahnı sözləri lyrics]
Bir gün olmaram deməsin
Varlığı dünyamı bəzəsin o, mənim günəşim
O, mənim tək ulduzumdur mən onun yarı
Səninlə yol uzundur Ömrümün ilk baharı
Mən sənin həyatın olum sən mənim ol qanadım
O, mənim alın yazım o, mənim başımın tacı
Ay tənli qadın
Adının sol yanında var mənim soyadım
Yuxudan hər səhər öpərək onu oyadım
Dünyanı gözlərinin rəngində boyadım
Səni çox aradım
Ay tənli qadın
Adının sol yanında var mənim soyadım
Yuxudan hər səhər öpərək onu oyadım
Dünyanı gözlərinin rəngində boyadım
Səni çox aradım
Onun bir üzü sevincdir, var üzündə gülüşü
Daşıyacam barmağımda bir üzük
Dəniz olan gözlərində qoy üzüm
Parlayan göy üzüm bil ki, xəlvəti mən
Daddım o gün şərbəti mən səni ilk gördüyümdə
Dəyər qatdın sərvətimə
Sən həmin o həkimsən ki
Dərman oldun dərdlərimə
Sən həmin o mələksən ki
Qonaq oldun cənnətimə
Bil ki, xəlvəti mən daddım o gün şərbəti mən
Səni ilk gördüyümdə dəyər qatdın sərvətimə
Sən həmin o həkimsən dərman oldun dərdlərimə
Sən həmin o mələksən qonaq ol cənnətimə
Ay tənli qadın
Adının sol yanında var mənim soyadım
Yuxudan hər səhər öpərək onu oyadım
Dünyanı gözlərinin rəngində boyadım
Səni çox aradım
Ay tənli qadın
Adının sol yanında var mənim soyadım
Yuxudan hər səhər öpərək onu oyadım
Dünyanı gözlərinin rəngində boyadım
Səni çox aradım
Yaxşı ki, səni tapdım