Vefa Serifova - Qurban Olum mahnı sözləri (lyrics)

Vefa Serifova

Vəfa Şərifova [Ağsu, Azərbaycan] 🇦🇿

[Vefa Serifova - Qurban Olum mahnı sözləri lyrics]

Bizi yaz etdi tanış
Sən bulud mən isə yağış
Və sən ol xəlvət otaq
Mən gəlim qarış-qarış
Otağına mehman olum
Sənə elə qurban olum
Sənə belə qurban olum

Gəl yağım izlərinə
Süzülüm gözlərinə
Sənə səssiz sarılım
Qarışım sözlərinə
Ruhunda leysan olum
Sənə belə qurban olum
Sənə belə qurban olum

Dərd ol dərmanın olum
Ruh ol mən canın olum
Əksini gözümdə çəkim
Hey baxım heyranın olum



Sən dedin sultanın olum
Bir ömür cananın olum
Ölüncə sən ol yanımda
Ay sənin qurbanın olum

Külək ol ruhuma əs
Gizli gəl görüşə tələs
Küləyinlə ətrini
Hiss eyləyim hər nəfəs
Yoxluğuna düşmən olum
Sənə belə qurban olum
Sənə belə qurban olum

Ürəyim səninlə gülür
Çünki dərdindən ölür
Qəlbimin də qəlbi var
Onu da səninlə bölüm
Qoyma mən peşman olum
Sənə belə qurban olum
Sənə belə qurban olum

Dərd ol dərmanın olum
Ruh ol mən canın olum
Əksini gözümdə çəkim
Hey baxım heyranın olum

Sən dedin sultanın olum
Bir ömür cananın olum
Ölüncə sən ol yanımda
Ay sənin qurbanın olum

Dərd ol dərmanın olum
Ruh ol mən canın olum
Əksini gözümdə çəkim
Hey baxım heyranın olum

Sən dedin sultanın olum
Bir ömür cananın olum
Ölüncə sən ol yanımda
Ay sənin qurbanın olum

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio