Ayaz Babayev - Buyur, Yanımda Əyləş mahnı sözləri (lyrics)
[Ayaz Babayev - Buyur, Yanımda Əyləş mahnı sözləri lyrics]
Açma mənə sirlərini
Dinlə məni, vermə zəhmət dodaqlara
Gülərkən üzün də qan ağlayır için
Dinərkən telində qırılır səsin
Elə sarılmısan ki boynuma mənim
Sanki məndən başqa yoxdur heç kəsin
Buyur yanımda əyləş, bir az dərdləşək
Amma sən səssiz qal, qoy yalnız mən danışım
Bir dəniz, bir bulud, bir də ki şimşək
Yağdırsın yağışı, it'sin göz yaşım
Gülərkən üzün də qan ağlayır için
Dinərkən telində qırılır səsin
Elə sarılmısan ki boynuma mənim
Sanki məndən başqa yoxdur heç kəsin
Elə fərz elə ki, aramızda hər şey yalan
Mənə fərq eləmir, hər nə qədər keçsə zaman
Sənə sözüm kalan, yenə yandım aman!
Bil, ayrılığın hər şeydən daha yaman
Dodaqlarımda hələ də dadın qalıb
Həyatımda heç kim yox, bir qadın qalıb
Boş, mənasız yaşadığım ömrümdə
İnan ki, tək sənin adın qalıb
Elə fərz elə ki, aramızda hər şey yalan
Mənə fərq eləmir, hər nə qədər keçsə zaman
Sənə sözüm kalan, yenə yandım aman!
Bil, ayrılığın hər şeydən daha yaman
Buyur yanımda əyləş, bir az dərdləşək
Amma sən səssiz qal, qoy yalnız mən danışım
Bir dəniz, bir bulud, bir də ki şimşək
Yağdırsın yağışı, it'sin göz yaşı