Aygün Kazımova - Daş Atan Bilirmi, Nə Günah Eylər mahnı sözləri (lyrics)
Айгюн Кязимова [Bakı, Azərbaycan] 🇦🇿
[Aygün Kazımova - Daş Atan Bilirmi, Nə Günah Eylər mahnı sözləri lyrics]
Səni sevdiklərin daşqalaq eylər
Bir əlində daş var, birində Quran
Daş atan bilirmi nə günah eylər?!
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Silərsən gözündən axan yaşları
Öpüb əzizlərsən sən o daşları
Deyərsən: "Var olun, qan qardaşlarım"
Məni təzə daşa kim qonaq eylər?!
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Hər daş özü boyda köz olub yanar
Cana damğa kimi basılıb yanar
Qanlı yaraların qızarıb yanar
Səni başdan başa çılçıraq eylər
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Bircə tilsimin var - Sevgi tilsimi
Kim qırar Tanrıya bağlı bir simi?!
Tanrı Tanrıdırsa, öz elçisini
Min bir daş altında yenə sağ eylər
Tanrı Tanrıdırsa, öz elçisini
Min bir daş altında yenə sağ eylər
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Sən dözərsən ağrısına
Daş dözməz, daş haray eylər
O daşlardan Tanrı sənə
Bir ev tikər, saray eylər
Bir ev tikər, saray eylər
Bir ev tikər, saray eylər
Saray eylər