Damla - Demə Deyim mahnı sözləri (lyrics)

[Damla - Demə Deyim mahnı sözləri lyrics]

Özüm özümdən doymağa
Sənə sənin kimi olmağa
Məni məcbur eyləmə
Özüm özümdən qaçmağa
Birinə qəlbimi açmağa
Məni məcbur eyləmə

Demə deyim neyləmisən bilə-bilə
Sənə görə yaşamışam ölə-ölə
Mən bunları göz yaşımı silə-silə
Demə deyim, demə deyim
Demə deyim neçə ilin acısını
Bağlamısan xəyalımın qapısını
Kim aparıb ürəyimin yarısını
Demə deyim, demə deyim

Sənə asan gələ bilər amma
Deməyə hər kəsə hər şeyi utanıram
Xəbərin olmadı gecələri
Necə yatıb necə oyanıram
Nə səbəb oldu ki gedişinə


Nə demişəm axı qəlbinə toxunacaq
Nə ümüdüm var qayıdasan
Nə xəyalım var tutunacaq

Demə deyim neyləmisən bilə-bilə
Sənə görə yaşamışam ölə-ölə
Mən bunları göz yaşımı silə-silə
Demə deyim, demə deyim
Demə deyim neçə ilin acısını
Bağlamısan xəyalımın qapısını
Kim aparıb ürəyimin yarısını
Demə deyim, demə deyim

üçün izahat


İzahat əlavə edin

A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z #
Interpretatio